Fransa-Almaniya tərəfdaşlığı sona çatdı: Avropanın nəhəng döyüş təyyarəsi layihəsi iflasa uğradı
Fransa və Almaniya, Avropanın müdafiə sahəsində ən iddialı təşəbbüslərindən biri olaraq görülən yeni nəsil ortaq döyüş təyyarəsi layihəsini fikir ayrılıqlarına görə dayandırmaq qərarına gəlib Layihənin mərkəzində olan Fransız aviasiya şirkəti Dassault Aviation ilə Avropanın aviasiya nəhəngi Airbus

Fransa və Almaniya, Avropanın müdafiə sahəsində ən iddialı təşəbbüslərindən biri olaraq görülən yeni nəsil ortaq döyüş təyyarəsi layihəsini fikir ayrılıqlarına görə dayandırmaq qərarına gəlib Layihənin mərkəzində olan Fransız aviasiya şirkəti Dassault Aviation ilə Avropanın aviasiya nəhəngi Airbus arasında xüsusilə liderlik, vəzifə paylaşımı və əqli mülkiyyət hüquqları ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilib Ləğv edilən araşdırma, Fransa, Almaniya və İspaniyanın birgə təşəbbüsü olan Gələcək Döyüş Hava Sistemi (FCAS) çərçivəsində hazırlanmış yeni nəsil döyüş təyyarələrini əhatə etdi. FCAS-ın məqsədi mövcud döyüş təyyarələrini əvəz edəcək qabaqcıl hava döyüş sistemi yaratmaq idi. Gizli texnologiya ilə təchiz edilməsi planlaşdırılan döyüş təyyarəsinin uzunmüddətli perspektivdə Almaniya Hərbi Hava Qüvvələrində Eurofighter Typhoon və Fransa Hərbi Hava Qüvvələrində Rafale döyüş təyyarəsini əvəz etməsi planlaşdırılırdı. Ekspertlər hesab edirlər ki, bu qərar Avropanın müdafiə sənayesində birgə layihələr həyata keçirmək imkanları ilə bağlı suallar yarada bilər


