Tomahawk əvəzinə "Flamingo"
Almaniya hökuməti Amerikanın uzaqmənzilli “Tomaqavk” raketlərini Ukrayna “Flaminqoları” ilə əvəz etmək perspektivini nəzərdən keçirir. Bunu “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın “Fire Point” şirkətinin həmtəsisçisi və baş dizayneri Denis Ştilerman deyib Stielermanın sözlərinə görə, B

Almaniya hökuməti Amerikanın uzaqmənzilli “Tomaqavk” raketlərini Ukrayna “Flaminqoları” ilə əvəz etmək perspektivini nəzərdən keçirir. Bunu “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın “Fire Point” şirkətinin həmtəsisçisi və baş dizayneri Denis Ştilerman deyib Stielermanın sözlərinə görə, Berlin təkcə Fire Point-in istehsal etdiyi pilotsuz təyyarələrə deyil, həm də uzaq mənzilli raketlərə maraq göstərib. "Almaniya hökuməti silahlı qüvvələri üçün bizim FP-1 və FP-2-mizi alır... (Ancaq) onlar Tomaqavk raketlərini Flamingo ilə əvəz etmək imkanını nəzərdən keçirirlər", - deyə dizayner bildirib Almaniyanın müdafiə naziri Boris Pistorius mayın 11-də Kiyevə səfəri zamanı deyib ki, “Ukraynada texnoloji nailiyyətlər qeyri-adidir”. O bildirib ki, uzaqmənzilli pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə və elektron müharibə sahəsində birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilir Bundan əlavə, “Fire Point” Ukraynanın FP-7 tutucu raketi əsasında “Freya” ümumavropa raket əleyhinə qalxanının yaradılması üzərində işləyir
.jpg&w=2048&q=70)

