Tenqri
Ana Səhifə
Dünya

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat yayıb Məlumata görə, Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla

0 baxışazertag.az
Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB
Paylaş:

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat yayıb Məlumata görə, Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla 37 binaya ziyan dəyib. Hazırda zərərin qiymətləndirilməsi davam edir, polis qüvvələri isə əhaliyə yardım göstərmək üçün səfərbər olunub Filippin Prezidenti Ferdinand Markos kiçik Mindanaonun bir sıra bölgələrində məktəblərdə dərslərin dayandırılması barədə göstəriş verib. O, aidiyyəti qurumlara humanitar yardımın təşkili, təxliyə mərkəzlərinin fəaliyyətinin təmin edilməsi və bərpa işlərinin əlaqələndirilməsini tapşırıb Zəlzələ nəticəsində General Santos şəhərində bir neçə bina uçub, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib Filippin yaxınlığında, Çelebes dənizində 7,8 bal gücündə zəlzələ qeydə alınıb AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb Məlumata görə, Bakı vaxtı ilə saat 03:38-də baş verən zəlzələnin episentri Mindanao adasındakı General Santos şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib. Episentrdəki təkanın intensivliyinə görə seysmik hadisə "fəlakət" səviyyəsində qiymətləndirilib ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7,8 bal, ocağının dərinliyini isə 35 kilometr olaraq müəyyən edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler