Filippində 7,8 bal gücündə zəlzələ: 4 ölü, 200-dən çox yaralı var
Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələdə ilkin məlumatlara görə 4 nəfər ölüb, 200-dən çox insan yaralanıb ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə, Sarangani əyalətinin Soccsksargen bölgəsində Kablalan rayonundan 26 kilometr cənub-qərbdə 7,8 bal g

Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələdə ilkin məlumatlara görə 4 nəfər ölüb, 200-dən çox insan yaralanıb ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə, Sarangani əyalətinin Soccsksargen bölgəsində Kablalan rayonundan 26 kilometr cənub-qərbdə 7,8 bal gücündə zəlzələ qeydə alınıb USGS zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlayıb Zəlzələdən sonra 4,6-6,5 bal gücündə 10 afterşok qeydə alınıb, bölgədə və ətraf ölkələrdə sunami riski ilə bağlı xəbərdarlıq edilib Filippin prezidentindən sunami xəbərdarlığı Zəlzələdən sonra Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Teresito Bakolkol Associated Press (AP) agentliyinə bildirib ki, ölkənin Sultan Kudarat və Sarangani əyalətlərində quruda sunami müşahidə stansiyaları tərəfindən 1 metrlik dalğalar izlənilib Filippin prezidenti kiçik Ferdinand Markos sunami təhlükəsi olan ərazilərdə yaşayan vətəndaşları dərhal yüksək hündürlüklərə köçməyə çağırıb Hökumətin hərəkətə keçdiyini bildirən Marcos Jr, fəlakətlə mübarizə qurumlarının hazır vəziyyətdə olduğunu bildirdi Malayziya Meteorologiya İdarəsi də Borneo adasındakı Sabah əyaləti üçün sunami xəbərdarlığı edib. Səlahiyyətlilər sunami təhlükəsinin zəlzələdən təxminən 5 saat sonra böyük ölçüdə olduğunu açıqladı Mülki Müdafiə İdarəsi ilkin məlumatlara görə, 4 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını açıqlayıb Zəlzələdə bir çox strukturun zədələndiyi, yerli mətbuatın yazdığına görə, zəlzələ ilə əlaqədar ölkədə bəzi reyslər təxirə salınıb Zəlzələnin baş verdiyi Mindanao bölgəsindəki Davao şəhərində bütün dərslər ləğv edilib Yaponiya və İndoneziya da sunami xəbərdarlığı edib Kyodo agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya İdarəsi də Filippində baş verən zəlzələdən sonra Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edib Bildirilib ki, xəbərdarlıq İbaraki prefekturasından Okinava prefekturasına qədər uzanan əraziləri əhatə edir Antara agentliyinin məlumatına görə, İndoneziya səlahiyyətliləri zəlzələnin ölkənin sahilyanı rayonlarında sunamiyə səbəb ola biləcəyini bildirərək erkən sunami xəbərdarlığı edib "Sakit Okean Atəş Halqası" adlanan zəlzələ və vulkan qurşağında olan Filippində genişmiqyaslı zəlzələlər tez-tez baş verir


