Aykut Kocaman Fənərbaxçada zirvə! Qərar iclası keçiriləcək
“Fənərbağça”nın prezidenti vəzifəsini rəsmən təhvil alan Əziz Yıldırım rəhbərliyi ilə məşqçi məsələsinə aydınlıq gətirmək üçün kritik görüşə hazırlaşır. Sarı-göylü ictimaiyyətin maraqla gözlədiyi zirvənin bazar ertəsi keçiriləcəyi öyrənilib Baş məşqçi postuna bir çox ad gündəmdə olsa da, ən güclü

“Fənərbağça”nın prezidenti vəzifəsini rəsmən təhvil alan Əziz Yıldırım rəhbərliyi ilə məşqçi məsələsinə aydınlıq gətirmək üçün kritik görüşə hazırlaşır. Sarı-göylü ictimaiyyətin maraqla gözlədiyi zirvənin bazar ertəsi keçiriləcəyi öyrənilib Baş məşqçi postuna bir çox ad gündəmdə olsa da, ən güclü namizədin Aykut Kocaman olduğu bildirilir. Əziz Yıldırımın seçim zamanı təcrübəli məşqçi ilə görüşdüyü və razılığa gəldiyi iddia edilib Direktorlar şurasının iclasında məşqçi məsələsi müzakirə olunacaq. Əziz Yıldırımın heyəti ilə apardığı qiymətləndirmələrdən sonra son qərarını verməsi və ictimaiyyətə açıqlama verməsi gözlənilir “Fənərbaxça” azarkeşləri məşqçi ilə bağlı qeyri-müəyyənliyin sona çatmasını gözləyərkən, bütün gözlər rəhbərliyin rəsmi açıqlamasına dikilib. Aykut Kocamanın vəzifəyə təyin edilib-edilməyəcəyinə qısa müddətdə aydınlıq gələcəyi bildirilir


