Acun Ilıcalının gözləri Qalatasarayda! İki ulduz pulu götürəcək
Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən “Hall Siti” yolunu “Qalatasaray”a çevirib. Acun Ilıcalının sahibi olduğu İngiltərə klubunun sarı-qırmızılı komandanın iki önəmli futbolçusunu transfer siyahısına daxil etdiyi iddia edilib İddialara görə, "Hall Siti" Roland Sallai və Viktor Nelssonu

Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən “Hall Siti” yolunu “Qalatasaray”a çevirib. Acun Ilıcalının sahibi olduğu İngiltərə klubunun sarı-qırmızılı komandanın iki önəmli futbolçusunu transfer siyahısına daxil etdiyi iddia edilib İddialara görə, "Hall Siti" Roland Sallai və Viktor Nelssonu heyətinə qatmaq istəyir. Həm cinah xəttini, həm də müdafiəni gücləndirməyi planlaşdıran İngiltərə komandasının hər iki futbolçu üçün cəhdlərə başladığı bildirilib “Hall Siti”nin yaxın günlərdə “Qalatasaray” rəhbərliyi ilə rəsmi təmaslarının olacağı gözlənilir. İngiltərə təmsilçisinin sarı-qırmızılı klubla masa arxasına oturaraq transfer şərtlərini müzakirə edəcəyi bildirilib Qalatasaray tərəfinin gələcək təklifləri dəyərləndirəcəyi bildirilir. Xüsusilə Viktor Nelsson daha əvvəl bir çox Avropa klubunun transfer siyahılarında olduğu üçün prosesin yaxından izləndiyi öyrənilib

