Evlilik təklifi böyük məyusluqla nəticələndi
Rusiyada minlərlə pərəstişkarı qarşısında yaşıl meydanda təşkil edilən möhtəşəm evlilik təklifi bəy namizədinin kabusa çevrilib. Həyatının ən xoşbəxt gününü keçirmək ümidi ilə sevgilisindən sərt "Yox" cavabı alan gənc bütün stadionun gözü qarşısında böyük viranəlik yaşadı Rusiyada futbol matçı önc

Rusiyada minlərlə pərəstişkarı qarşısında yaşıl meydanda təşkil edilən möhtəşəm evlilik təklifi bəy namizədinin kabusa çevrilib. Həyatının ən xoşbəxt gününü keçirmək ümidi ilə sevgilisindən sərt "Yox" cavabı alan gənc bütün stadionun gözü qarşısında böyük viranəlik yaşadı Rusiyada futbol matçı öncəsi tribunaları dolduran minlərlə azarkeş fövqəladə anın şahidi olmaq üçün nəfəslərini tutublar. Sevgilisinə unudulmaz sürpriz etmək istəyən çılğın sevgili lazımi icazələri alaraq sevgilisini stadionun otuna aparıb. Romantik bir atmosferdə cibindən çıxardığı üzüyü ilə sevgilisinin qarşısında diz çökən gənc həyatını birləşdirməyi təklif edib Böyük sevinc nidası və "Hə" cavabı gözləyən bəy gənc qızın reaksiyasına təəccüblənib. Aldığı təklifə təəccüblənən gənc qız onun razılığını gözləyən gəncə soyuqqanlı şəkildə bir neçə kəlmə pıçıldadı. Dialoqdan sonra çox ruhdan düşmüş və əsəbiləşən gənc qız təklifi rədd edib, tez arxaya dönüb və stadionu tərk edib Minlərlə insanın qarşısında rədd ağırlığından meydanda tək qalan gəncin məyusluğu kameraya əks olunub. Tribunalardakı azarkeşlər və stadion rəsmiləri şokda olan gənci alqış və hayqırışlarla ruhlandırmağa çalışsalar da, bu cəhdlər nəticə verməyib

