Tenqri
Ana Səhifə
Dünya

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin uğurlu inteqrasiyasında son dərəcə mühüm rol oynayır AZƏRTAC xəbər verir ki, bunu “Europower Enerji”nin beynəlxalq biznesin inkişafı üzrə meneceri Fuat Ege Aslan Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçir

0 baxışazertag.az
“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır
Paylaş:

Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin uğurlu inteqrasiyasında son dərəcə mühüm rol oynayır AZƏRTAC xəbər verir ki, bunu “Europower Enerji”nin beynəlxalq biznesin inkişafı üzrə meneceri Fuat Ege Aslan Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: çağırışlar və həllər” adlı sessiyadakı çıxışında deyib “Bərpaolunan enerji layihələrinin səmərəliliyi bir çox amillərdən asılıdır. Bura Günəş panellərinin səmərəliliyi, elektrik ötürücü avadanlıqların effektivliyi, ötürmə və paylayıcı xətlərin texniki vəziyyəti daxildir. Bu baxımdan, mövcud enerji şəbəkəsinin imkanları hərtərəfli qiymətləndirilməlidir. Elektrik ötürmə xətlərinin keyfiyyəti, ötürmə gücü, yarımstansiyaların texniki vəziyyəti və mövcud güc ehtiyatları əvvəlcədən təhlil edilməlidir. Əslində, bərpaolunan enerji elektrik stansiyalarının tikintisindən öncə onları qəbul edə biləcək infrastrukturun yaradılması və ya modernləşdirilməsi vacibdir. Bu proses uzunmüddətli planlaşdırma tələb edir. Çünki enerji infrastrukturunda istifadə olunan avadanlıqlar yüksək maliyyə dəstəyi , onların istehsalı və çatdırılması isə əksər hallarda uzun müddət tələb edir. Məhz buna görə də gələcək enerji tələbatı və yeni bərpaolunan enerji güclərinin inteqrasiyası nəzərə alınmaqla uzunmüddətli inkişaf proqnozları hazırlanmalıdır Bu sahədə hər hansı planlaşdırma və ya koordinasiya çatışmazlığı sonradan ciddi texniki və maliyyə problemlərinə səbəb ola bilər. Əgər biz şəbəkəyə qoşulan bərpaolunan enerji layihələrindən danışırıqsa, onda elektrik şəbəkəsinin inkişafı və modernləşdirilməsi həmin layihələrin uğuru üçün əsas şərtlərdən biridir”, - deyə o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler