Ermənistanda seçkinin nəticəsi: Qalib Prezident İlham Əliyevdir!
Ermənistan seçkilərində əldə olunan nəticə nə Nikol Paşinyanın, nə də onun komandasının yox, Azərbaycan liderinin qələbəsidir. Bunu bir əsrdən çoxdur bölgədə yaraya çevrilən erməni revanşizminin tarixinə və son 6 ildə baş verən dəyişikliklərə nəzər saldıqda, daha aydın görmək mümkündür. Necə oldu ki

Ermənistan seçkilərində əldə olunan nəticə nə Nikol Paşinyanın, nə də onun komandasının yox, Azərbaycan liderinin qələbəsidir. Bunu bir əsrdən çoxdur bölgədə yaraya çevrilən erməni revanşizminin tarixinə və son 6 ildə baş verən dəyişikliklərə nəzər saldıqda, daha aydın görmək mümkündür. Necə oldu ki, bir əsrdən çoxdur ərazi iddiaları və qisas ideologiyasına baş əyən ermənilər sülhü seçdilər? Seçkilərdə iki siyasi qüvvənin yox, iki fərqli ideologiyanın – müharibə və sülhün mübarizəsi gedirdi. Nikol Paşinyanın liderlik etdiyi hakim “Vətəndaş partiyası” sülh, Robert Koçaryan və Samvel Karapetyanın rəhbərlik etdiyi revanşistlər isə müharibə proqramı üzərində təbliğat aparırdılar. Seçkinin yekununda eməni xalqı sülh proqramına səs verdi və hakim partiya mütləq çoxluqla qələbə qazandı. Regionda sülhə əsaslanan bu qələbənin memarı Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində torpaqlarımızı azad etməklə Ermənistan elitasında işğalçılıq siyasətini sıradan çıxardı. Seçkidə sülh proqramı ilə qələbə qazanan Nikol Paşinyan da müharibədən öncə “Qarabağ Ermənistandır, nöqtə” deyirdi, müharibədən sonra isə o, “Qarabağ Azərbaycandır, nöqtə” deməyə məcbur oldu. Etiraf edir ki, “Qarabağ Ermənistandır” şüarını illərdir mövcud olan işğal ideologiyasına əsasən demişdi, sonra isə reallıqları anlamağa başladı. Bu reallığı məhz Prezident İlham Əliyev yaratdı. Müharibədən sonra sülh təşəbbüslərinə başlayan Prezident İlham Əliyev 2023-cü ildə suverenliyimizi bərpa etməklə regionun bəlasına çevrilən erməni separatizmini də tarixin arxivinə göndərdi. Bu, ermənilər üçün qırılma nöqtəsi idi. Onlar anladılar ki, ərazi iddiası, separatizm və işğalçılıqla davam edə bilməyəcəklər və qondarma ideologiya onlara yalnız müharibə gətirəcək. Bunu ilk anlayan Nikol Paşinyanın timsalında erməni siyasi elitası da reallığı qəbul etdi və revanşistlərin müharibəyə əsaslanan ideologiyası qarşısında ciddi müqavimət yarandı. Erməni xalqı anladı ki, gələcəkləri yalnız Azərbaycanla sülhün əldə edilməsindən asılıdır. Nikol Paşinyan da seçkiə irəli sürdüyü sülh proqramında məhz Azərbaycan liderinin yaratdığı reallığa istinad edirdi. 44 günlük müharibədə qalib olan Azərbaycan sülh təşəbbüslərini irəli sürərək, əsas baza prinsiplərini formalaşdırdı. Vaşinqton anlaşmalarından sonra Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sülh proqramını praktiki müstəvidə icrasına şərait yaratdı. - Azərbaycan-Ermənistan sərhədində eskalasiya sıfıra endirildi; - Ermənistana nəqliyyat məhdudiyyəti aradan qaldırıldı və tranzit imkanları yaradıldı; - İki ölkə arasında ticarət münasibətlərinin qurulmasına başlanıldı; - Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atdı; - Xalqlar arasında real etimad mühitinin yaradılması istiqamətində praktiki işlər həyata keçirildi: vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər etdi, aqressiv ritorikaya son qoyuldu. Ermənistan cəmiyyəti Azərbaycanla sülhün onlara yalnız xeyir gətirdiyinin praktiki olaraq, şahidi oldular. Anladılar ki, illərlə işğal və ərazi iddiaları ilə onları “yemləyən” elita yalan danışıb və müharibədən yalnız öz mövqelərini qorumaq naminə istifadə ediblər. Bu nəticə Nikol Paşinyanın seçki proqramını sülh üzərində qurmasına və seçkidə qalib gəlməsinə zəmin yaratdı. Hadisələrin ardıcıllığını – müharibə və sonrasında Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, buna nail olmaq istiqamətində atdığı praktiki addımları analiz etdikdə Ermənistandakı seçkilərin mütləq qalibinin məhz Prezident İlham Əliyev olduğuna əminlik yaranır. Seçki bitdi, indi Ermənistanın önündə Azərbaycanla davamlı sülhü əldə edilməsi naminə atmalı olduğu addımlar var. 1. Ermənistanda Qarabağla bağlı hələ də qalan qondarma “təsisatlar” ləğv edilməli, keçmiş qondarma rejimin “davamçısı” kimi çıxış edən tör-töküntülər təmizlənməlidir. 2. Ermənistan digər ölkələrdə - Rusiya, Fransa, ABŞ və Avropada Qarabağ adına qondarma “nümayəndəliklərin” ləğv edilməsini təmin etməlidir. 3. Qısa müddətdə referendum keçirməli, yeni konstitusiya qəbul edərək, Azərbaycana qarşı ərazi iddialarına rəsmi şəkildə son qoymalıdır. Bu addımlar atıldıqdan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaq. Bununla da Cənubi Qafqazda davamlı sülh erası başlanacaq. Asif Nərimanlı Paşinyanın qələbəsinin yaratdığı reallıq: Regionda yeni mərhələ başlayır? Paşinyanın “sabit çoxluq” olmayan qələbəsi – konstitusiyanı dəyişə biləcəkmi? Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq? "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Ermənistan seçkiləri niyə geosiyasi rəqabət mərkəzinə çevrildi? - Detallar Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək Şuşada bunu etmək qadağan edilir 4 gün yağış yağacaq - Xəbərdarlıq Kimlərə güzəştli kreditlər veriləcək? İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı İlham Əliyev sərəncam imzaladı Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər


