Tenqri
Ana Səhifə
Dünya

Ermənistanda seçkinin nəticələri ləğv oluna bilər - Bu gün qərar veriləcək

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının qalib gəldiyi seçkilərin nəticələrinin ləğv edilməsi tələbi irəli sürülür. Publika.az xəbər verir ki, seçkidə ikinci yeri tutan “Güclü Ermənistan” bloku nəticələrin ləğv edilməsi məqsədilə bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Mürac

0 baxışpublika.az
Ermənistanda seçkinin nəticələri ləğv oluna bilər - Bu gün qərar veriləcək
Paylaş:

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının qalib gəldiyi seçkilərin nəticələrinin ləğv edilməsi tələbi irəli sürülür. Publika.az xəbər verir ki, seçkidə ikinci yeri tutan “Güclü Ermənistan” bloku nəticələrin ləğv edilməsi məqsədilə bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Müraciətdə “seçkinin nəticələrinin ləğv edilməsi və hakim partiyanın səslərinə yenidən baxılması” tələb olunur. Siyasi bloka rəhbərlik edən Narek Karapetyan bildirib ki, MSK-dan əsaslı cavab almasalar, Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. O, seçkidə saxtakarlığın olduğunu iddia edir. “Ermənistan” bloku da daha öncə seçkinin nəticələrinin ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıb. Hakim partiyanın üzvü, Ermənistan parlamentinin spikeri Alen Simonyan isə “Güclü Ermənistan"a cavabında bildirib ki, müxalifət seçkinin nəticələrini mübahisələndirməklə mandatları ələ keçirmələrinə haqq qazandırmaq istəyir. “Onların ritorikası Rusiya telekanallarının ritorikası ilə eynidir. Xahiş edirəm, müraciət edib payladığınız pulu geri tələb edə bilərsinizmi? Milli Məclisə xoş gəlmisiniz, bilirdim ki, mandatları qəbul edəcəksiniz”, - o, istehza ilə deyib. N.Karapetyan iddia edir ki, səslərin yenidən hesablanması nəticəsində hakim partiyanın səs faizi əhəmiyyətli dərəcədə azalıb. Hakim partiyasının sədr müavini Vaaqn Aleksanyan isə bunun əksini deyib. Bildirib ki, yenidən hesablama nəticəsində “Vətəndaş müqaviləsi”nin səsləri 49,8 faizdən 49,9 faizə qədər artıb. Ermənistan MSK bu gün səslərin yenidən sayılmasını başa çatdıracaq. Yekun nəticələr bazar günü dərc olunacaq. Asif Vətən Müharibəsindən sonra Azərbaycana qarşı hibrid müharibə Putin Paşinyanı cəzalandıracaq? - Moskva-İrəvan toqquşması labüddür Ermənistanda ildırım körpünü dağıtdı - FOTO Ermənistan hökumətində nazirlər dəyişəcək? - Paşinyan açıqladı Rusiya səfirliyi İrəvana çağırış etdi: Cavab gözləyirik Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi "WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı Pensiya alanların nəzərinə Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO Azərbaycan XİN Rusiyanı təbrik etdi

Kaynak: publika.az

Diğer Haberler