Ermənistanda seçki şoku: Paşinyan kürsüsünü itirə bilər - YENİLƏNİB
Ermənistanda parlament seçkilərində ən son məlumatlara görə, "Vətəndaş Müqaviləsi" Partiyası çoxluğu itirib Modern.az saat 09:00-a olan məlumata görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən işlənilib - hakim qüvvə Nazirlər Kabinetini formalaşdırmaq üçün lazım olan 50%-dən az səs

Ermənistanda parlament seçkilərində ən son məlumatlara görə, "Vətəndaş Müqaviləsi" Partiyası çoxluğu itirib Modern.az saat 09:00-a olan məlumata görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən işlənilib - hakim qüvvə Nazirlər Kabinetini formalaşdırmaq üçün lazım olan 50%-dən az səs toplayır "Vətəndaş Müqaviləsi" Partiyası – 49,83% "Güclü Ermənistan" Bloku – 23,35% "Ermənistan" Bloku – 9,93% "Çiçəklənən Ermənistan" Partiyası – 3,98%" Ermənistanda parlament seçkilərində səslərin təxminən 96%-i hesablanıb və nəticələr açıqlanıb Modern.az Ermənistanda Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 1 924 seçki məntəqəsində 1 milyon 394 min 682 bülletenin hesablanmasının nəticələrinə görə siyasi qüvvələrin topladığı səslər belədir: "Vətəndaş Müqaviləsi" Partiyası — 50,04% (689 675 səs) "Güclü Ermənistan" Bloku — 23,33% (321 597 səs) "Ermənistan" Bloku — 9,85% (135 808 səs) "Çiçəklənən Ermənistan" Partiyası — 3,98% (54 900 səs) "Birliyin Qanadları" Partiyası — 2,28% (31 465 səs) "Demokratiya, Qanun və İntizam" Partiyası — 1,81% (24 981 səs) Ermənistan Meritokratiya Partiyası — 2,07% (28 590 səs) "Hamısına Qarşı" Partiyası — 1,46% (20 064 səs) "Yeni Güc" Partiyası — 1,72% (23 696 səs) Digər siyasi qüvvələrin hər biri 1 faizdən az səs toplayıb MSK-nın məlumatına görə, seçkilərdə 1 milyon 476 min 597 seçici iştirak edib ki, bu da səsvermə hüququ olan vətəndaşların 58,97 faizinə bərabərdir Qeyd edək ki, "Vətəndaş Müqaviləsi" partiyası 50%-dən az səs toplasa, Baş nazir seçmək hüququ parlamentə keçmiş müxalifət partiyalarının əlinə keçə bilər


