Ermənistan seçkiləri niyə geosiyasi rəqabət mərkəzinə çevrildi? - Detallar
Nəticəsinin regiondakı güc balansına təsiri Ermənistan seçkilərini geosiyasi rəqabət mərkəzinə çevrib. Müxalifət cəbhəsində Rusiya, hakimiyyət cəbhəsində Avropa İttifaqı və ABŞ üz-üzədir. Ukrayna məsələsində, ümumilikdə geosiyasi təsir dairələrinin bölüşdürülməsində maraqlarının nəzərə alınacağı ümi

Nəticəsinin regiondakı güc balansına təsiri Ermənistan seçkilərini geosiyasi rəqabət mərkəzinə çevrib. Müxalifət cəbhəsində Rusiya, hakimiyyət cəbhəsində Avropa İttifaqı və ABŞ üz-üzədir. Ukrayna məsələsində, ümumilikdə geosiyasi təsir dairələrinin bölüşdürülməsində maraqlarının nəzərə alınacağı ümidi ilə Vaşinqtonla birbaşa toqquşmadan çəkinən Moskva əsas rəqib kimi Brüsselin üzərinə gedir. Aİ-nin də əsas hədəfi Rusiyanın mövqelərini zəiflətmək və “boşalan yerini” ələ keçirməkdir. Ermənistan seçkilərində “qələbə” Avropa İttifaqı üçün bir neçə kontekstdə əhəmiyyətlidir: - Gürcüstanda geri düşdükdən sonra Ermənistan üzərindən Cənubi Qafqazda “dayaq nöqtəsi” əldə etmək; - Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta dəhlizdə mövqelərini qorumaq; - Yeni beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzi ambisiyalarını saxlamaq; ABŞ seçkiyə TRİPP (Zəngəzur dəhlizi) başda olmaqla Cənubi Qafqazdakı layihələrinin davamlılığını təmin etmək kontekstində yanaşır və prosesdə təkcə Moskva yox, Brüssellə də rəqabət içində görünür. Hazırda ABŞ və Aİ Paşinyan üzərində uzlaşsalar da, seçkidən sonra Ermənistandakı mövqelər uğrunda rəqabət davam edə bilər. Rusiya seçkiyə Aİ kimi həlledici məqam kimi yanaşır və iki mümkün ssenaridən birinə - Paşinyanın devrilməsi, mümkün olmasa, müxalifətin parlamentdə təmsilçiliyinin artırılması və hakimiyyətə hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, nail olmağa çalışır. İstədiyini əldə etməmək Rusiyanın regiondakı mövqelərinə ciddi risklər yarada bilər: Paşinyanın mütləq qələbəsi Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə sərhədlərin və Avropa bazarına çıxışın açılması deməkdir: hadisələr bu istiqamətdə inkişaf edərsə, Rusiya Ermənistan üzərində hazırda istifadə etdiyi ən təsirli rıçağını – iqtisadi imkanlarını da tədricən itirəcək və Moskvadan asılılığı azalan rəsmi İrəvan Rusiyanın “qırmızı xətt”inə - 102-ci bazanın çıxarılmasına doğru irəliləyəcək; hərbi bazanın əldə çıxması Rusiya üçün təkcə Ermənistanda yekun məğlubiyyət yox, həm də NATO-nun cənub cinahına qarşı “dayaq nöqtəsi”ni itirmək deməkdir; beləliklə, bölgədəki güc balansı tamamilə Rusiyanın əleyhinə dəyişə, Moskvanın “geri dönüş” imkanları aradan qalxa bilər; bunu anlayan Rusiyanın Paşinyan seçiləcəyi təqdirdə, seçkidən öncə sərgilədiyi kəskin mövqeyi yumlaşdacağı gözləniləndir. Geosiyasi rəqabət fonunda məğlub olan tərəfin nəticəni tanımaqdan imtina etməsi və qarşıdurmanın olması riski ön plana çıxır. Asif Nərimanlı Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək BMT-də seçkini uduzan Almaniya: reanimasiyada olan AFR - ŞƏRH Mürəkkəb “taxt oyunları” və gizli planlar - Ermənistandakı seçkinin pərdəarxası Separatizmin “dirildilməsi” - Avropada Rusiyanın seçki planına dəstək Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından biridir - Aydın Mirzəzadə Paşinyan Ərdoğanla niyə indi danışdı? - İrəvanın Ankaradan bu istəkləri var Nişanından bir ay keçməmiş həbs olundu Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO Merts Merkelin şüarını mənimsədi Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO "İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı" Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO


