Tenqri
Ana Səhifə
Dünya

"Elektron attestatların mühüm üstünlüklərindən biri də şəffaflığın güclənməsidir" - Şura katibi

“Məlum olduğu kimi, artıq təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq. Elektron attestatların mühüm üstünlüklərindən biri də şəffaflığın güclənməsidir. Məlumatların vahid sistemdə toplanması və saxlanılması insan fakto

0 baxış525.az
"Elektron attestatların mühüm üstünlüklərindən biri də şəffaflığın güclənməsidir" - Şura katibi
Paylaş:

“Məlum olduğu kimi, artıq təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq. Elektron attestatların mühüm üstünlüklərindən biri də şəffaflığın güclənməsidir. Məlumatların vahid sistemdə toplanması və saxlanılması insan faktorundan irəli gələn bəzi riskləri azaldır, qiymətləndirmə və sənədləşmə prosesinə daha çox etibarlılıq qazandırır. Bu isə həm valideynlərin, həm də cəmiyyətin təhsil sisteminə olan inamını artıran vacib amillərdəndir” Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az-a bildirib. Şura katibi vurğulayıb ki, bununla yanaşı bəzi çətinliklər də nəzərə alınmalıdır: “Rəqəmsal platformalardan istifadə bacarığı hər kəsdə eyni səviyyədə deyil və bu, xüsusilə bəzi valideynlər üçün ilkin mərhələdə çətinlik yarada bilər. Həmçinin, texniki problemlər, sistemə girişdə yaranan çətinliklər və ya nasazlıqlar tətbiqin ilk dövrlərində müşahidə oluna bilər. Bu baxımdan, paralel olaraq istifadəçilərin maarifləndirilməsi və texniki dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Ümumilikdə, elektron attestatların tətbiqi təhsil sistemində rəqəmsallaşma istiqamətində atılmış mühüm addımlardan biridir. Düzgün və mərhələli şəkildə tətbiq olunduğu təqdirdə bu yenilik həm idarəetmənin səmərəliliyini artıracaq, həm də daha şəffaf və müasir təhsil mühitinin formalaşmasına töhfə verəcək”

Kaynak: 525.az

Diğer Haberler