Tenqri
Ana Səhifə
Dünya

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

İsveçli həkimlər, xüsusən də uşaqlar və yeniyetmələr arasında elektrik skuterlərin iştirakı ilə qəzaların sürətlə artması səbəbindən həyəcan təbili çalırlar AZƏRTAC xəbər verir ki, İsveç Nəqliyyat İdarəsinin məlumatına görə, 2025-ci ildə bu cür qəzalarda yeddi nəfər ölüb, 6624 nəfər isə yaralanıb

0 baxışazertag.az
Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur
Paylaş:

İsveçli həkimlər, xüsusən də uşaqlar və yeniyetmələr arasında elektrik skuterlərin iştirakı ilə qəzaların sürətlə artması səbəbindən həyəcan təbili çalırlar AZƏRTAC xəbər verir ki, İsveç Nəqliyyat İdarəsinin məlumatına görə, 2025-ci ildə bu cür qəzalarda yeddi nəfər ölüb, 6624 nəfər isə yaralanıb. Bu, əvvəlki illə müqayisədə 38 faizlik artımdır Həkimlər qeyd edirlər ki, xəsarətlərin təbiəti getdikcə daha da ağırlaşır. Zərərçəkənlər arasında parçalanmış kəllə sümükləri, qabırğa sınıqları, ağır üz və beyin zədələri, qaraciyər, dalaq və bağırsaqda daxili zədələri olan xəstələrə rast gəlinir. Bəzi nəticələr geridönməzdir və insanın həyatını həmişəlik dəyişdirə bilər Təxminən 30 il qüvvədə olan və yol qəzalarında ölüm hallarının qarşısını almağı hədəfləyən İsveçin “Sıfır konsepsiyası” siyasətinə baxmayaraq, qəzaların sayının artması faktı həkimlərdə xüsusilə narahatlıq doğurur. Xəstəxanaya təkcə yeniyetmələr deyil, həm də altı və yeddi yaşlı uşaqlar getdikcə daha çox yerləşdirilir. Həkimlərin sözlərinə görə, bir çox yetkinlik yaşına çatmayan valideynləri tərəfindən alınan şəxsi elektrik skuterlərini kifayət qədər təcrübə və ya yol riskləri barədə məlumat olmadan idarə edir Güclü elektrik skuter modelləri əlavə təhlükə yaradır. İnsidentlərin birində polis uşaqda saatda 80 kilometrə qədər sürətə çata bilən skuter aşkar edib. Bu arada, İsveçdə saatda 135 kilometrə qədər maksimal sürətə malik skuterlər açıq satışdadır. Həkimlər, həmçinin qeyd edirlər ki, qəzalar çox vaxt bir əllə idarəetmə, avtomobil idarə edərkən mobil telefondan istifadə, sərnişin daşınması və sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi səbəbindən baş verir İnsan faciələrindən başqa, bu cür hadisələr səhiyyə sisteminə ciddi yük yaradır. Reanimasiya şöbəsində birgünlük müalicə 50–80 min Çexiya kronuna (5.300–8.500 ABŞ dolları) başa gəlir, ağır kəllə-beyin travması alan xəstələr isə çox vaxt bir neçə həftə orada qalırlar Həkimlərin fikrincə, hakimiyyət orqanları elektrik skuterləri məsələsinə hələ də kifayət qədər diqqət yetirməyib. Tibb mütəxəssisləri hakimiyyət orqanlarını elektrik skuterlərinin istifadəsi ilə bağlı qaydaları sərtləşdirməyə, dəbilqə geyinməyi bütün yaşlar üçün məcburi etməyə və bu nəqliyyat növünü idarə etmək üçün minimum yaş həddini müəyyənləşdirməyə çağırırlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler