Elbrus İsayev: Naxçıvan Dövlət Universitetinin kampusunun yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir təşkil olunub NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir təşkil olunub NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş edilib Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi mərhələlərin Azərbaycanın inkişafında mühüm dönüş nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolunda irəliləyir və yeni zirvələr fəth edir O da vurğulanıb ki, uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qazanılan bütün nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin zəngin irsi və ideyaları dayanır Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin kampusunun yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin universitetə etdiyi 4 səfərin hər birinin ali təhsil müəssisəsinin inkişafında mühüm mərhələ olması, hər gəlişində universitetin gələcək inkişafına hesablanmış yeni tapşırıq və tövsiyələr verməsindən bəhs olunub Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Naxçıvan Dövlət Universitetinə göstərilən diqqət və qayğı davam etdirilir, universitetin nəzdində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılır AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor Hacıfəxrəddin Səfərli məruzəsində ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında böyük dönüş yaradan Ulu Öndər Heydər Əliyevin dil məsələsinə də böyük önəm verməsindən danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ozamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən və gənclərə yaradılan şəraitdən bəhs edib, ölkədə gənclərin inkişafı, onların fəal və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əhəmiyyətini vurğulayıb Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı təqdim olunub. Konsert proqramında Rauf Mirişlinin “Məşəl kimi yanan ürək”, “Adın şöhrət, şan yerimiz”, Kamalın “Sən elə bir zirvəsən”, Cahangir Cahangirovun “Alagöz” əsərləri ifa edilib. Sonda isə Eldar Mansurovun “İlhamla sabaha” əsəri bütün tədbir iştirakçıları ilə birgə oxunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


