Edersondan sürpriz Fənərbaxça qərarı
Ötən mövsüm "Fənərbağça"dakı çıxışı ilə tənqid olunan və azarkeşlərin reaksiyasına səbəb olan Edersonun gələcəyi ilə bağlı diqqətçəkən iddia irəli sürülüb. Bir müddətdir komandadan ayrılmaq istəməsi ilə bağlı xəbərlər yayılan braziliyalı qolkiperin qərarını dəyişdiyi iddia edilib “Sabah”ın xəbərin

Ötən mövsüm "Fənərbağça"dakı çıxışı ilə tənqid olunan və azarkeşlərin reaksiyasına səbəb olan Edersonun gələcəyi ilə bağlı diqqətçəkən iddia irəli sürülüb. Bir müddətdir komandadan ayrılmaq istəməsi ilə bağlı xəbərlər yayılan braziliyalı qolkiperin qərarını dəyişdiyi iddia edilib “Sabah”ın xəbərinə görə, Ederson, Əziz Yıldırımın yenidən prezidentliyə başlamasından sonra ayrılıq planlarını yarımçıq qoyub. Təcrübəli qolkiperin yeni rəhbərliyin hədəflərini və yaradacaqları heyəti görmək istədiyi bildirilib Xəbərdə Fənərbaxça rəhbərliyinin əsas məqsədlərindən birinin Edersonu komandada saxlamaq olduğu bildirilib. Sarı-göylü heyətin təcrübəli qolkiperin karyerasını "Fənərbağça"da davam etdirməsi üçün bütün imkanları səfərbər edəcəyi bildirilirdi Əziz Yıldırım rəhbərliyinin transfer hərəkətləri və komanda quruluşu maraqla gözlənilsə də, Edersonun gələcəyi də yaxından izlənilir. Braziliyalı qolkiperin yeni mövsüm öncəsi son qərarına tezliklə aydınlıq gələcəyi gözlənilir


