“Düzgün tənzimləmə olmadıqda risklər arta bilər” - İqtisadçı
"Dövlət tərəfindən düzgün və çevik tənzimləmə mexanizmləri tətbiq edildikdə kriptovalyutalar sahibkarlar üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması isə normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının səviyyəsindən və istifadəçilərin məlumatlılıq dərəcəsindən birbaşa asılıdı

"Dövlət tərəfindən düzgün və çevik tənzimləmə mexanizmləri tətbiq edildikdə kriptovalyutalar sahibkarlar üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması isə normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının səviyyəsindən və istifadəçilərin məlumatlılıq dərəcəsindən birbaşa asılıdır. Əks halda, düzgün tənzimləmə olmadıqda risklər, o cümlədən kiberhücumlar və maliyyə fırıldaqları arta bilər” Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib İqtisadçı vurğulayıb ki, internet dövründə bir çox məhdudiyyətlər artıq nisbi xarakter daşıyır. Kriptovalyutadan istifadə etmək üçün istifadəçinin yalnız şifrələnmiş rəqəmsal açara sahib olması kifayətdir və bu, dünyanın istənilən nöqtəsindən əməliyyat aparmağa imkan verir. Bu baxımdan, dövlətlər üçün ən effektiv yanaşma kriptovalyutaları qadağan etmək deyil, onları düzgün idarə edən mexanizmlər formalaşdırmaqdır


