Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH
Azərbaycan xalqının zəngin dövlətçilik tarixində taleyüklü hadisələr xüsusi yer tutur. Bu hadisələr sırasında 15 İyun – Milli Qurtuluş Günü müstəsna əhəmiyyətə malikdir. Sözügedən tarix Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilməsi, milli müstəqilliyin qorunması və gələcək inkişafın

Azərbaycan xalqının zəngin dövlətçilik tarixində taleyüklü hadisələr xüsusi yer tutur. Bu hadisələr sırasında 15 İyun – Milli Qurtuluş Günü müstəsna əhəmiyyətə malikdir. Sözügedən tarix Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilməsi, milli müstəqilliyin qorunması və gələcək inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsi baxımından mühüm dönüş nöqtəsidir. Məhz 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoyub Bu sözləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib O, Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışının Azərbaycan xalqında böyük ümid yaratdığına diqqət çəkib. Deputat qeyd edib ki, Ümummilli Lider ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürüb. İlk növbədə dövlətçiliyə qarşı yönələn təhlükələrin aradan qaldırılması, vətəndaş qarşıdurmasının qarşısının alınması və ictimai-siyasi sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atılıb. Bununla da həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşib. “Bu hadisə yalnız siyasi proses deyil, bu, dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması deməkdir. Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini qorumağın onun üçün əsas vəzifə olduğunu bəyan edib, o, ölkədə sabitliyin təmin olunması, dövlət quruculuğu prosesinin gücləndirilməsi və milli həmrəyliyin yaradılması istiqamətində mühüm fəaliyyətə başlayıb. Qısa müddət ərzində ölkədə asayiş və sabitlik bərpa edilib, dövlət idarəçiliyi sistemi yenidən qurulub. İnsanlarda dövlətə və gələcəyə inam formalaşdırılıb. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olunub”,-deyə deputat bildirib Şahin Seyidzadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkənin gələcək inkişafının əsası olduğunu vurğulayıb: “Dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Belə ki, ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə ilk milli Konstitusiya qəbul edilib. Həmçinin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi də Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Məhz onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq təşkilatlarda fəal təmsil olunmağa başlayıb, xarici siyasətdə balanslaşdırılmış kurs həyata keçirilib. Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə ölkənin iqtisadi inkişafında yeni mərhələ açıb. Bu müqavilə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına, xarici investisiyaların cəlb edilməsinə və iqtisadi dirçəlişin təmin olunmasına imkan yaradıb. Sonrakı illərdə də həyata keçirilən enerji layihələri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb” Deputat sonda əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Milli Qurtuluş dayanır. Dövlət müstəqilliyimizin qorunması, iqtisadi inkişaf, güclü ordu quruculuğu, beynəlxalq nüfuzun artması və ərazi bütövlüyünün təmin olunması məhz həmin dövrdə müəyyən edilən strateji kursun nəticəsidir. Hazırda isə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı təmin olunub, ölkəmiz regionun aparıcı dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər də Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


