Tenqri
Ana Səhifə
Dünya

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

Bu gün Marneulidə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dostluğun memarı – Heydər Əliye

0 baxışazertag.az
Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib
Paylaş:

Bu gün Marneulidə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının zabiti polkovnik-leytenant Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhərinin meri Daur İsmayılov, merin birinci müavini Qiorqi Qodabrelidze, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, bələdiyyə məclisinin üzvləri, Türkiyənin “MAARİF” məktəblərinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, xalqın milli birliyinin təmin olunmasında və Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb O qeyd edib ki, Heydər Əliyevin siyasi və elmi irsi bu gün də Azərbaycan xalqı üçün mühüm yol xəritəsidir və onun əsasını qoyduğu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə regionda sabitliyin, qarşılıqlı əməkdaşlığın və xalqlar arasında dostluq münasibətlərinin inkişafına xüsusi önəm verilib Polkovnik-leytenant Fəxrəddin Ağayev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutan, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi işinə əvəzsiz töhfələr vermiş böyük siyasi və dövlət xadimidir. Onun sözlərinə görə, Ümummilli Liderin həyatı və fəaliyyəti təkcə bir liderin tərcümeyi-halı deyil, həm də Azərbaycanın inkişafının, çətin və şərəfli yolunun tam və canlı salnaməsidir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, dövlətçilik prinsipləri və milli maraqlara söykənən strateji qərarlar bu gün daha aydın şəkildə öz nəticəsini göstərir Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında bildirib ki, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsində, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır Heydər Əliyev təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə regionumuzun inkişafında mühüm rol oynamış böyük siyasi xadim idi. Məhz onun və Eduard Şevardnadzenin uzaqgörən siyasəti nəticəsində Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin təməli qoyuldu. "Biz, Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Çünki xalqlarımızı yalnız siyasət deyil, tarix, mədəniyyət, qarşılıqlı hörmət və qardaşlıq bağları birləşdirir", - deyə Z.Darğallı vurğulayıb Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze qeyd edib ki, Heydər Əliyev Gürcüstanın və gürcü xalqının ən yaxın dostu olub. O bildirib ki, iki ölkə arasında dostluq, strateji müttəfiqlik və mehriban qonşuluq bu gün yüksək səviyyədə inkişaf edir, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində Cənubi Qafqazda sülh əmin-amanlıq və sabitlik hökm sürür Daha sonra bələdiyyə məclisinin sədr müavini Vasil Xaxulaşvili, bələdiyyə məclisinin üzvü Anar Piriyev, sabiq deputatlar İsaq Novruzov, Ramiz Bəkirov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədov, ictimai fəal Növrəstə Məhərrəm qızı və başqaları çıxış ediblər Çıxışlarda qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlərdir dostluq münasibətləri olub. Dahi Heydər Əliyev 90-cı illərin əvvəlində Azərbaycana və siyasi hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər bu gün strateji müttəfiqlik müstəvisinə qalxıb. Bu gün gürcü xalqı da Azərbaycan xalqı kimi böyük lider Heydər Əliyevi dərin hörmətlə anır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler