Tenqri
Ana Səhifə
Dünya

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən “GRAND CEO Breakfast” təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib İşgüzar səhər yeməyi formatında təşkil olunan görüş çərçivəsində tədbir tarix

0 baxışazertag.az
® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması
Paylaş:

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən “GRAND CEO Breakfast” təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib İşgüzar səhər yeməyi formatında təşkil olunan görüş çərçivəsində tədbir tarixində ilk dəfə olaraq “Caspian Energy Club” ilə uzun illərdir əməkdaşlıq edən və yaxın tərəfdaşlıq münasibətləri quran dövlət qurumlarının rəhbər heyəti iştirak edib. Eyni zamanda, “GRAND CEO Breakfast”da ənənəvi qaydada “Caspian Energy Club”ın üzvləri, dövlət və özəl iri holdinq sahibləri və rəhbərləri, iri, orta və kiçik sahibkarlar, eləcə də klubun uzunmüddətli strateji tərəfdaşları da iştirak ediblər Dövlət qurumlarının və özəl sektorun 100-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilmiş tədbirin əsas məqsədi dövlət qurumları ilə özəl sektor nümayəndələri arasında ünsiyyətin gücləndirilməsi, qeyri-rəsmi formatda aktual məsələlərin müzakirəsi və biznes ictimaiyyəti ilə dövlət strukturları arasında qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək olub Tədbirin fəxri qonaqları sırasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov yer alıblar "GRAND CEO Breakfast” formatının əsası 2002-ci ildə qoyulub. Layihə ilk növbədə aparıcı neft-qaz, enerji və servis şirkətləri ilə SOCAR (həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında birbaşa ünsiyyətin və əməkdaşlığın qurulması məqsədilə yaradılıb. Eyni zamanda, platforma SOCAR-ın beynəlxalq tərəfdaşları ilə işgüzar əlaqələrin inkişaf etdirilməsinə xidmət edib Bu gün də öz aktuallığını qoruyan "GRAND CEO Breakfast” formatı sahibkarlar tərəfindən böyük maraqla qarşılanır. Ümid edirik ki, bu format gələcəkdə də öz əhəmiyyətini qoruyacaq, işgüzar dairələri bir araya gətirməyə və yeni əməkdaşlıqların formalaşmasına töhfə verməyə davam edəcək", - Telman Əliyev qeyd edib Qeyd edək ki, “GRAND CEO Breakfast” “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən mütəmadi olaraq təşkil olunan və ölkənin və regionun müxtəlif iri, orta və kiçik biznes subyektlərinin top-menecerlərini, rəhbər şəxslərini, sahibkarları və investorları bir araya gətirən ənənəvi biznes platformalardan biridir İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq “Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group” “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarəolunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. Qeyd edək ki, "Milli.Biz" ekosistemi 2034-cü ildə dövlətə təhvil olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler