Dünya Kuboku zamanı qeyri-adi dünya rekordu qırılacaq - FT
İyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək növbəti futbol üzrə dünya çempionatı təkcə idman miqyası ilə deyil, həm də tarixin ən çox pivə istehlak edilən turniri kimi yadda qalacaq Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin ekspertlərinin hesablamalarında

İyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək növbəti futbol üzrə dünya çempionatı təkcə idman miqyası ilə deyil, həm də tarixin ən çox pivə istehlak edilən turniri kimi yadda qalacaq Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin ekspertlərinin hesablamalarında deyilir Məlumata görə, turnir zamanı əlavə olaraq 1,2 milyard yarım litrlik pivə stəkanı içiləcək. Bu da təxminən 5,9 milyon hektolitr və ya 1 milyard britaniya pintinə (568 ml) bərabərdir Bu rekord proqnozun əsasında çempionatın formatının genişləndirilməsi dayanır. FİFA ilk dəfə olaraq turnirə 32 deyil, 48 milli komandanın qatılmasına icazə verib ki, bu da oyunların sayını 64-dən 104-ə çatdırıb. Turnirin müddəti isə 39 gün təşkil edəcək Analitiklər vəziyyəti əvvəlki mundiallarda pivə istehlakı səviyyəsi ilə müqayisə edərək müəyyən ediblər ki, yalnız 2026-cı il dünya çempionatının birbaşa təsiri turnir dövründə pivə satışında qlobal miqyasda 3 faizlik artım təmin edəcək. İllik göstəriciyə çevirdikdə bu, 0,3 faiz artım deməkdir. Bu nəticə, 2025-ci ilin yekunlarına görə dünya üzrə pivə istehlakının 1 faiz azalması fonunda xüsusilə əhəmiyyətlidir Ekspertlər turnirin genişlənməsi ilə yanaşı, digər əlverişli amilləri də qeyd edirlər. Birincisi, hər üç ev sahibi ölkənin dərin pivə istehlakı ənənələri var. İkincisi, oyunların cədvəli elə tərtib edilib ki, onlar Atlantik okeanının hər iki tərəfindəki bar və pubların "qızıl saatlarına" – azarkeşlərin ən aktiv sifariş etdiyi 17:00-dan 23:00-dək olan vaxta düşür. Beləliklə, pivə istehsalçıları böyük qazanc gözləyir və futbol turnirlərindəki əvvəlki pivə istehlakı rekordlarının böyük fərqlə yenilənəcəyi proqnozlaşdırılır Nişanından bir ay keçməmiş həbs olundu Millimiz Dünya Kubokunda yarımfinala yüksəldi U-21 millimiz Bəhreyni məğlub etdi Millimizi Avropa Liqasına məğlubiyyətlə başladı Tramp Ağ Evdəki oktaqkonu sökmək istəmir? “Barselona”nın müdafiəçisi “Mançester Yunayted”ə keçir? Nişanından bir ay keçməmiş həbs olundu Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO Merts Merkelin şüarını mənimsədi Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO "İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı" Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO


