Dünya Kuboku öncəsi İranın ABŞ-a viza reaksiyası: İdmana siyasi müdaxilə
İran ABŞ-ın 2026 FİFA Dünya Çempionatı öncəsi milli futbol komandasının bəzi texniki və inzibati heyətinə viza verməməsinə sərt reaksiya verib. Vaşinqton administrasiyası iranlı futbolçulara və “lazımi dəstək personalına” viza verildiyini açıqlasa da, Tehran bu bəyanatı “həqiqəti ört-basdır etmək cə

İran ABŞ-ın 2026 FİFA Dünya Çempionatı öncəsi milli futbol komandasının bəzi texniki və inzibati heyətinə viza verməməsinə sərt reaksiya verib. Vaşinqton administrasiyası iranlı futbolçulara və “lazımi dəstək personalına” viza verildiyini açıqlasa da, Tehran bu bəyanatı “həqiqəti ört-basdır etmək cəhdi” kimi qiymətləndirib BBC News-da yer alan xəbərə görə, İranın Türkiyədəki səfirliyindən verilən açıqlamada, komandanın “ayrılmaz hissələri” olaraq təyin olunan bir çox idarəçi, texniki məsləhətçi və inzibati vəzifəli şəxslərə viza verilmədiyi və bunun “idmana siyasi və ayrı-seçkilik müdaxiləsi” olduğu irəli sürülüb Bəyanatda “İran Milli Komandasına qarşı qəsdən və ayrı-seçkilik tətbiqləri ən yüksək səviyyəyə qaldırılıb” ifadə edilərək, FİFA-nı məsələyə müdaxilə etməyə çağırıb İran dövlətinə yaxın KİV-lər ABŞ-a giriş icazəsi ala bilməyənlər arasında İran Futbol Federasiyasının prezidenti və onun müavininin olduğunu yazıb ABŞ Dövlət Departamenti cümə günü verdiyi açıqlamada oyunçulara və lazımi dəstək işçilərinə vizaların verildiyini təsdiqləyib. Bəyanatda həmçinin qeyd olunub ki, “İrana bu sistemdən terrorçuları saxta bəhanələrlə ABŞ-a keçirmək üçün istifadə etməyə icazə verilməyəcək” ABŞ dövlət katibi Marko Rubio da həftə ərzində verdiyi açıqlamada bildirib ki, İranın futbol heyətində olacaq şəxslər İran İnqilab Keşikçiləri Korpusuna bağlı olmamalıdır. İranın heyətində bəzi futbolçuların bu qurumun tərkibində müddətli hərbi xidmət keçdiyi məlum olub ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-də başlayacaq.İran turnirdə ilk oyununa iyunun 15-də Los-Ancelesdə çıxacaq. İran da qrup mərhələsində Belçika və Misirlə qarşılaşacaq Təhlükəsizlik və siyasi gərginlik səbəbindən İran mayın sonunda hazırlıq düşərgəsini Arizona ştatının Tucson şəhərindən Meksikaya köçürüb 2026-cı il Dünya Kuboku ev sahibi ölkələrdən birinin müharibə apardığı ölkənin milli komandasına ev sahibliyi etdiyi ilk Dünya Kuboku təşkilatı kimi də diqqət çəkir


