Tenqri
Ana Səhifə
Siyasət

Deputat: Avropa İttifaqı artıq anlayır ki, Cənubi Qafqazda Azərbaycansız siyasət mümkün deyil

Son vaxtlar Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər, xüsusilə də Avropa Komissiyası və Aİ-nin icraedici strukturları ilə əməkdaşlıq konstruktiv məcrada inkişaf edir. Avropa liderlərinin ardıcıl şəkildə Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Avropanın yüksəksəviyyəli rəsm

0 baxışazertag.az
Deputat: Avropa İttifaqı artıq anlayır ki, Cənubi Qafqazda Azərbaycansız siyasət mümkün deyil
Paylaş:

Son vaxtlar Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər, xüsusilə də Avropa Komissiyası və Aİ-nin icraedici strukturları ilə əməkdaşlıq konstruktiv məcrada inkişaf edir. Avropa liderlərinin ardıcıl şəkildə Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Avropanın yüksəksəviyyəli rəsmilərinin, o cümlədən Kaya Kallasın Azərbaycana son səfəri, eləcə də Ciorcia Meloninin Ermənistanda keçirilən Avropa Siyasi Birliyi tədbirindən dərhal sonra Azərbaycana gəlməsi bir daha göstərdi ki, Avropa İttifaqı yalnız Ermənistana xüsusi diqqət ayırmaq niyyətində deyil. Çünki Avropa İttifaqı rəsmiləri çox yaxşı anlayırlar ki, Cənubi Qafqazda əsas oyunçu və real güc sahibi Azərbaycandır Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib O qeyd edib ki, istər Ermənistan-Azərbaycan sülh prosesi, istərsə də regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya məsələləri ilə bağlı Azərbaycansız siyasət yürütmək Avropa İttifaqının planlarına daxil deyil “Buna görə də ölkəmizlə əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam etdiriləcək. Məlum məsələdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox güclü münasibətlər formalaşıb. Azərbaycan artıq 10 Avropa ölkəsinə qaz çatdırılması ilə bağlı müvafiq sənədlər imzalayıb. Cənub Qaz Dəhlizinin TANAP və TAP layihələri üzrə ixrac potensialının genişləndirilməsi məsələləri də gündəmdədir. Hesab edirəm ki, məhz bu məsələləri müzakirə etmək üçün Avropanın əsas diplomatı Kaya Kallas Azərbaycana səfər etdi. İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı olmaqla yanaşı, həm də siyasi, iqtisadi və enerji təhlükəsizliyi baxımından ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Kaya Kallasın səfəri bir daha təsdiq etdi ki, Avropa İttifaqının xarici siyasətində Cənubi Qafqazla bağlı Azərbaycansız hansısa tədbir görmək və ya siyasət həyata keçirmək mümkün deyil. Çünki Avropa İttifaqı çox yaxşı anlayır ki, Azərbaycanın iştirakı olmadan Aİ-nin böyük Xəzər hövzəsinə, Cənubi Qafqaza və Mərkəzi Asiyaya çıxışı mümkün deyil”, – deyə deputat qeyd edib O bildirib ki, Mərkəzi Asiyanın enerji, qaz və neft potensialının Avropa bazarına çıxışı məhz Azərbaycan üzərindən həyata keçirilir. Eyni zamanda, dünyada müşahidə olunan enerji böhranı fonunda Mərkəzi Asiyada yerləşən strateji əhəmiyyətli qiymətli metalların Avropaya daşınması da yalnız Azərbaycan vasitəsilə mümkündür. Çünki Azərbaycan artıq bu infrastruktur və nəqliyyat dəhlizlərini formalaşdırıb. Digər tərəfdən, təhlükəsizlik və sabitlik baxımından Ermənistan-Azərbaycan münaqişəsi başa çatdıqdan sonra etibarlı nəqliyyat və kommunikasiya xətləri məhz Azərbaycanın iradəsi və iştirakı ilə fəaliyyət göstərir Tural Gəncəliyevin sözlərinə görə, Avropa İttifaqı Orta Dəhliz çərçivəsində Azərbaycanın rolunu yüksək qiymətləndirməklə yanaşı, Şimal–Cənub nəqliyyat dəhlizinin də ölkəmizdən keçdiyinin fərqindədir. Bu baxımdan Avropanın ali diplomatının Azərbaycana səfəri bir daha göstərir ki, Avropa İttifaqı ölkəmizə yüksək səviyyədə diqqət ayırmağa davam edəcək. İttifaqın regiona açılan əsas pəncərəsi məhz Azərbaycandır “Avropa İttifaqı Ermənistanı dəstəkləsə və bu ölkəyə investisiya yatırsa da, Azərbaycan olmadan Ermənistanın geosiyasi və iqtisadi baxımdan məhdud imkanlara malik olduğunu anlayır. Ermənistanın dənizə çıxışı yoxdur və o, faktiki olaraq dalan ölkəsidir. Azərbaycan və Türkiyə ilə sərhədlər açıldıqdan sonra Ermənistan yalnız regional nəqliyyat və kommunikasiya layihələrinə qoşulmaqla müəyyən strateji əhəmiyyət qazana bilər. Ermənistanın ayrıca strateji və təhlükəsizlik baxımından xüsusi çəkisi yoxdur. Bu ölkə yalnız Azərbaycanla əməkdaşlıq və regionun kommunikasiya xətlərində iştirak etməklə dəyər qazana bilər. Avropa liderləri bunu çox yaxşı başa düşürlər. Ona görə də hesab edirəm ki, Azərbaycana olan maraq bundan sonra daha da artacaq”, - deyə deputat vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler