Tenqri
Ana Səhifə
Siyasət

Vyetnamın Hanoy şəhərində Əjdər İbrahimovun mədəniyyət əfsanəsi canlanır (FOTO)

BAKI, Azərbaycan, 6 may. Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda bu ölkənin kino məktəbinin banisi, azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə həsr olunmuş anım tədbiri və onun “Vyetnamda gördüklərim” kitabının təqdimat mərasimi keçirilib, Trend Diasporla İş üzrə Dövlət Komitə

0 baxıştrend.az
Vyetnamın Hanoy şəhərində Əjdər İbrahimovun mədəniyyət əfsanəsi canlanır (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda bu ölkənin kino məktəbinin banisi, azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə həsr olunmuş anım tədbiri və onun “Vyetnamda gördüklərim” kitabının təqdimat mərasimi keçirilib, Trend Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir Əhəmiyyətli tarixi hadisəyə çevrilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, idman və turizm nazirinin müavini Ta Quang Donq iştirak ediblər Azərbaycan-Vyetnam əlaqələrinin dərin tarixi bağlara söykəndiyini vurğulayan komitə sədri bu əlaqələrin iki ölkənin prezidentləri İlham Əliyev və To Lamın rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyduğunu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan bu münasibətlərin formalaşmasında mədəniyyət xadimlərinin, xüsusilə də Əjdər İbrahimovun rolu əvəzsizdir Onun yaradıcılığı təkcə kinonun deyil, bütövlükdə Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin zənginləşməsində mühüm rol oynayıb və bu irs gələcək nəsillər üçün dəyərli örnək kimi xidmət edir. Səfir Şövqi Mehdizadə çıxışında Əjdər İbrahimovun çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Vyetnam haqqında çoxsaylı dəyərli kitabların yazıldığını, filmlərin çəkildiyini, Vyetnamda milli kino məktəbinin yaradıldığını vurğulayıb. Səfir əlavə edib ki, Əjdər İbrahimovun töhfələri bu gün də dərin minnətdarlıq hissi ilə xatırlanır və bu, Vyetnam xalqının Azərbaycana səmimi rəğbətini və mehriban münasibətini əks etdirir Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini Ta Kuanq Donq Vyetnamdakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib və Əjdər İbrahimovun fəaliyyətinin iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Vyetnamda gördüklərim” kitabı rejissorun işinin miqyasını bir daha nümayiş etdirir və göstərir ki, Azərbaycan və Vyetnam strateji və mənəvi baxımdan bir-biri üçün mühüm tərəfdaşdırlar Tədbirdə həmçinin Əjdər İbrahimovun Vyetnamdakı həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib, onun kitabından fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Sərgi ictimaiyyətin böyük marağına səbəb olub İllər əvvəl Əjdər İbrahimovun filmində baş rolu canlandıran aktrisa To Yen iştirakçıları salamlamaq üçün səhnəyə çıxması böyük maraq və sürəkli alqışlarla qarşılanıb Daha sonra “Vyetnamda gördüklərim” kitabının illüstrasiyasında verdikləri töhfələrə görə vyetnamlı məktəblilərə sertifikatlar təqdim olunub. Mərasimdə Azərbaycan incəsənət ustaları milli musiqi və muğam nümunələrini ifa ediblər. Azərbaycan musiqisi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü ilə “Vyetnamda gördüklərim” kitabı Vyetnam dilinə tərcümə edilib. Qeyd edək ki, komitə son illər xarici dillərdə kitabların nəşrini və dünyanın nüfuzlu kitabxanalarına paylanmasını ənənəyə çevirib

Kaynak: trend.az

Diğer Haberler