KKTC-Yunanıstan meydanı DENİZKURDU-II Afinanın gündəmində
Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçirdiyi DENİZKURDU-II təlimi zamanı çəkilən bir fotoşəkil Yunanıstan mətbuatında geniş əks-səda doğurub KKTC və Yunanıstan hərbi attaşelərinin Hörmətli Müşahidəçi Günündən sonra yan-yana görüntüləri Afinada müzakirə mövzusuna çevrilib SavunmaSanayiST-in sosial

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçirdiyi DENİZKURDU-II təlimi zamanı çəkilən bir fotoşəkil Yunanıstan mətbuatında geniş əks-səda doğurub KKTC və Yunanıstan hərbi attaşelərinin Hörmətli Müşahidəçi Günündən sonra yan-yana görüntüləri Afinada müzakirə mövzusuna çevrilib SavunmaSanayiST-in sosial media hesabında yer alan paylaşımda “Bəzi fotolar hərtərəfli təhlildən daha çox şey ortaya qoyur”, - deyə bildirilib. Yazıdakı şəkil Yunanıstan mediasında manşetlərə səbəb olub Yunanıstanın media orqanlarından biri olan Pentapostagma görüntüləri "Türk tələsi" kimi qiymətləndirərkən, Newsbreak "Türklər hərbi təlimdə Yunanıstanı necə aşağıladılar?" başlığından istifadə etmişdir Kiprli Rum analitik Yiannos Charalalambides, sözügedən fotoşəkilin KKTC-nin beynəlxalq görünürlüğünü artırdığını müdafiə etdi. Çaralambides öz qiymətləndirməsində “Türk təbliğatının qurbanı olduq” deyib 24 News xəbərində "Yunanıstan Silahlı Qüvvələrinin zabiti Kiprdəki işğal qüvvələrini təmsil edən zabitlə eyni müşahidə nöqtəsində nə edirdi?" sualını gündəmə gətirib VoiceNews həmçinin iddia edib ki, Afina administrasiyası "yunan zabitinin türk təbliğatının siması olmasına icazə verib" Türkiyə tərəfində isə təlimdən sonra Yunanıstan hərbçilərinin tənqid edilməsinin lüzumsuz olduğu və müşahidəçi statusunda iştirakın beynəlxalq hərbi təcrübələr çərçivəsində qiymətləndirilməsi lazım olduğu ifadə edilir


