Tenqri
Ana Səhifə
Dünya

Dağıstanda əlverişsiz hava şəraiti səbəbindən iyirmi yol sahəsi bağlıdır

Dağıstanda uzun müddət davam edən güclü yağış səbəbindən iyirmi yol sahəsi bağlı olaraq qalır, habelə 63 istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə regional Nəqliyyat Nazirliyi özünün “Telegram” kanalında məlumat verib “Aprelin 6-sı saat 10:00

0 baxışazertag.az
Dağıstanda əlverişsiz hava şəraiti səbəbindən iyirmi yol sahəsi bağlıdır
Paylaş:

Dağıstanda uzun müddət davam edən güclü yağış səbəbindən iyirmi yol sahəsi bağlı olaraq qalır, habelə 63 istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə regional Nəqliyyat Nazirliyi özünün “Telegram” kanalında məlumat verib “Aprelin 6-sı saat 10:00-a olan məlumata görə, 20 yol sahəsi bağlıdır, 63 istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub (10 sahədə dolayı yollar daxil olmaqla, beş istiqamətdə nəqliyyatın hərəkəti gecikib)”, - deyə açıqlamada bildirilir Fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 95 yol işçisi və 46 ədəd ixtisaslaşmış texnika cəlb olunub. Nazirlik güclü yağış və su basmış torpaqların yaratdığı qar uçqunları, sürüşmələr və daşqınlar riski səbəbindən sakinləri və bölgəyə gələn qonaqları mütləq zərurət olmadığı təqdirdə dağlıq ərazilərə səyahət etməkdən çəkinməyə çağırıb Dağıstanda yeni güclü yağış dalğası baş verib və bölgədəki bir neçə bələdiyyədə təkrar daşqınlara səbəb olub. Güclü yağışlar evlərin və elektrik yarımstansiyalarının su altında qalması və nəqliyyatın hərəkətinin pozulması ilə nəticələnib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler