DAÜ ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Enerji və Ətraf Mühit Simpoziumu keçirilib
Lefkoşadakı Grand Pasha Hoteldə Şərqi Akdeniz Universiteti Enerji Araşdırma Mərkəzi (EMU-ENAR) və Enerji Mühəndisləri Assosiasiyasının (AEE) Kipr Bölməsi ilə birgə təşkil edilən 17-ci Beynəlxalq Ekserji, Enerji və Ətraf Mühit Simpoziumu (IEEES-2026) keçirilib DAÜ-dən verilən məlumata görə, 1-3 iyu

Lefkoşadakı Grand Pasha Hoteldə Şərqi Akdeniz Universiteti Enerji Araşdırma Mərkəzi (EMU-ENAR) və Enerji Mühəndisləri Assosiasiyasının (AEE) Kipr Bölməsi ilə birgə təşkil edilən 17-ci Beynəlxalq Ekserji, Enerji və Ətraf Mühit Simpoziumu (IEEES-2026) keçirilib DAÜ-dən verilən məlumata görə, 1-3 iyun tarixləri arasında enerji və ətraf mühit sahələrində mövcud problemlərin müzakirə edildiyi simpoziumda tədqiqatçılar, akademiklər, mühəndislər və sektor nümayəndələri bir araya gəlib DAÜ-ENAR və Konfransın sədri Prof. Dr. Uğur Atikol açılışda etdiyi çıxışında tədbirin Kiprdə keçirilməsinin DAÜ və sponsorların töhfələri ilə mümkün olduğunu bildirib və əməyi keçənlərə təşəkkür edib Atikol simpoziumun bağlanışında da çıxış edərək, davam edən enerji transformasiyasında tək bir texnologiyanın ön plana çıxmadığını, yeni texnologiyaların birləşdirilərək bütüncül bir yanaşma ilə istifadə edilməsi lazım olduğunu söylədi Atikol qeyd edib ki, planlaşdırmanın texnoloji inkişaflara uyğun olaraq enerjinin həm təklif, həm də tələb tərəfində inteqrasiya olunmuş strategiya yanaşması ilə aparılması qaçılmazdır DAÜ rektoru Prof.Dr.Hasan Kılıç da enerji, ətraf mühit və davamlılığın müasir dünyada inkişaf, ekoloji tarazlıq və milli təhlükəsizlik baxımından fundamental elementlərə çevrildiyini bildirərək, təmiz enerji texnologiyalarına istiqamətlənmənin kritik əhəmiyyət daşıdığını vurğuladı İqtisadi sabitlik və davamlı inkişaf üçün enerji təhlükəsizliyinin əvəzsiz olduğunu qeyd edən Kılıç Türkiyənin strateji mövqeyinə və enerji dəhlizlərindəki roluna da toxunub Universitet olaraq davamlılıq, enerji səmərəliliyi və innovasiya sahələrində araşdırmaları dəstəkləməyə davam etdiklərini ifadə edən Kılıç, gələcəyin enerji həllərini inkişaf etdirəcəklərin bu gün yetişən gənc elm adamları olduğunu bildirdi Beynəlxalq iştirakla keçirilən simpoziumda enerji səmərəliliyi, davamlı və bərpa olunan enerji sistemləri, ekserji analizi, ətraf mühitə təsirlər, enerji siyasətləri və qabaqcıl enerji texnologiyaları kimi mövzularda akademik məruzələr təqdim olunub

