Tenqri
Ana Səhifə
Siyasət

Cənubi Qafqazda sülh gündəliyinin möhkəmlənməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin real nəticəsidir – ŞƏRH

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Avropa İttifaqı Azərbaycan münasibətlərinin strateji dərinliyini göstərən mühüm siyasi mesajdır. Gö

0 baxışazertag.az
Cənubi Qafqazda sülh gündəliyinin möhkəmlənməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin real nəticəsidir – ŞƏRH
Paylaş:

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Avropa İttifaqı Azərbaycan münasibətlərinin strateji dərinliyini göstərən mühüm siyasi mesajdır. Görünən odur ki, səfər Avropa İttifaqı-Azərbaycan münasibətlərinin etimadlı əsaslarla qurulduğunu və davamlı inkişaf etdiyini göstərir. Digər aspektdən, Avropa Parlamentindəki bəzi qruplar münasibətlərə xələl vurmağa çalışsa da, icraedici strukturlar, xüsusilə Avropa Komissiyası Azərbaycanla sıx əməkdaşlığı davam etdirir. Avropa Komissiyası və icraedici strukturlar Azərbaycanın strateji əhəmiyyətini görür və əməkdaşlığı davamlı şəkildə gücləndirir. Bu, Azərbaycan Aİ münasibətlərinin etibarlı və uzunmüddətli xarakterini bir daha təsdiqləyir Bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib “Fikrimcə, Kallasın Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi” Zirvə toplantısından sonra Bakıya gəlməsi münasibətlərin yüksək səviyyədə davam etdiyinin bariz nümunəsidir. Kaya Kallasın Azərbaycana səfəri çərçivəsində hazırda tərəflər arasında üç əsas dialoq mexanizmi fəaliyyət göstərir: Nəqliyyat dialoqu, TRIPP layihəsi, Xəzər və Qara dəniz hövzələrini birləşdirən təşəbbüslər. Enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycan qazı artıq 10 Avropa ölkəsinə çatdırılır. Son olaraq Almaniya və Avstriyaya enerji təchizatı da bura vasitəsilə reallaşır. Təhlükəsizlik dialoqu çərçivəsində regionda sülh gündəliyinin təşəbbüskarı kimi Azərbaycanın rolunun vacib olduğunu əyani şəkildə görürük. Burada Avropa Parlamentindəki bəzi qrupların tənqidi mövqelərinə baxmayaraq, Avropa Komissiyası və digər icraedici strukturlar, TRIPP layihəsini regionda sabitlik və inkişaf üçün vacib hesab edirlər. Onu da qeyd edim ki, bu layihə Azərbaycanın sülh gündəliyinə uyğun gəlir. Ermənistanla iqtisadi əlaqələrin genişlənməsi, tranzit yüklərin sərbəst hərəkəti və regional sabitlik təşəbbüsləri TRIPP-in ruhuna çox uyğundur”, - deyə politoloq qeyd edib Aydın Tağıyev bildirib ki, enerji və nəqliyyat sahəsində strateji rol vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Onun sözlərinə görə, bu səfərdə Kallasın ölkəmizi Aİ üçün vacib tərəfdaş kimi qiymətləndirməsi nəqliyyat və regional bağlantılar baxımından Azərbaycanın rolu vacibliyini bir daha əyani şəkildə sübut edir: “Görünən odur ki, Avropa İttifaqı bu təşəbbüsləri müsbət qiymətləndirir. Sülh gündəliyi və regional sabitlik İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkəmizin son illərdə regionda sülh gündəliyini irəli sürməsi və sabitlik təşəbbüslərinin aparıcı qüvvəsi olması heç də təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Ən gözəl mənzərə odur ki, ölkəmizin regionda sülh gündəliyinin əsas təşəbbüskarıdır. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki çıxışı tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin tədricən inkişafı sabitliyə və iqtisadi canlanmaya töhfə verir. Enerji sahəsində Azərbaycan hətta Ermənistanın enerji təhlükəsizliyinə dolayı töhfə verir bu, regionda sabitliyin qorunmasına xidmət edir. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində, ölkəmiz regionda sabitlik və sülhün əsas təşəbbüskarı kimi qəbul olunur. Avropa İttifaqı və beynəlxalq tərəfdaşlar Azərbaycanın bu rolunu dəstəkləyir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler