Tenqri
Ana Səhifə
Dünya

Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil olunub - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə media-tur təşkil olunub APA xəbər ki, əvvəlcə media-tur iştirakçıları Ulu Öndər Heydər Əliyevin Hərbi Liseyin ərazisində yerləşən büstünü ziyarət edib

0 baxışapa.az
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil olunub - FOTO
Paylaş:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə media-tur təşkil olunub APA xəbər ki, əvvəlcə media-tur iştirakçıları Ulu Öndər Heydər Əliyevin Hərbi Liseyin ərazisində yerləşən büstünü ziyarət edib. Sonra Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib Media-tur çərçivəsində qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb Media-tur iştirakçılarına məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar Bu günə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20 nəfərdən çox zabit “general” ali rütbəsinə yüksəlib Vətən müharibəsində hərbi liseydə xidmət edən hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak edib, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, 40-dan çoxu isə orden və medallarla təltif olunub Həmçinin bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, 1 nəfər isə hərbi liseydə xidmət edən zabitdir. Eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə Hərbi liseyin 100 nəfərdən çox məzunu orden və medallarla təltif olunub Daha sonra media-tur iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar

Kaynak: apa.az

Diğer Haberler