Nə bahalaşıb? Hakimiyyət Qırğızıstanda qiymət artımından danışıb
Bu ilin yanvar-may aylarında Qırğızıstanda istehlak qiymətlərində artım 2025-ci ilin dekabr ayı ilə müqayisədə 4,8% təşkil edib.Bu barədə Milli Statistika Komitəsinin sədr müavini Zaynidin Jumaliev Bişkekdə mətbuat konfransı zamanı danışıb O, əhaliyə göstərilən xidmətlərin tariflərinin 7,1 faiz, a

Bu ilin yanvar-may aylarında Qırğızıstanda istehlak qiymətlərində artım 2025-ci ilin dekabr ayı ilə müqayisədə 4,8% təşkil edib.Bu barədə Milli Statistika Komitəsinin sədr müavini Zaynidin Jumaliev Bişkekdə mətbuat konfransı zamanı danışıb O, əhaliyə göstərilən xidmətlərin tariflərinin 7,1 faiz, alkoqollu içkilər və tütün məmulatlarının 6,5 faiz, ərzaq və alkoqolsuz içkilərin 4,8 faiz, qeyri-ərzaq məhsullarının tariflərinin 2,8 faiz bahalaşdığı statistikaya istinad edib “Bu ilin may ayında qiymətlər ən çox təzə meyvə, toyuq yumurtası, quzu əti, kartof, mal əti, süd məhsulları, makaron və digər taxıl məhsulları, şəkər, bitki yağı və balıqda bahalaşıb”, - deyə o bildirib Eyni zamanda, onun sözlərinə görə, istehlak qiymətləri və tariflərində artım bütün ölkə üzrə, lakin ən çox Oş vilayətində (10,3%) müşahidə olunub. Buna spirtli içkilərin və tütün məmulatlarının (15,1 faiz) və qeyri-ərzaq mallarının (8,8 faiz) qiymətlərinin, habelə əhaliyə göstərilən xidmətlərin tariflərinin (17,1 faiz) bahalaşması təsir edib Əsas səhifədəki şəkil: Vladimir Astapkoviç


