DÇ-2026: Böyük üstünlüyə malik Türkiyə Avstraliyaya uduzdu - VİDEO
Futbol üzrə dünya çempionatının üçüncü gününə Kanadanın Vankuver şəhərində Avstraliya və Türkiyə milli komandaları arasında keçirilən oyunla yekun vurulub Türkiyə millisi demək olar ki, qrupunun əsas favoriti hesab edilsə də, açılış matçında avstraliyalılara uduzub - 0:2 27-ci dəqiqədə oyunda hes

Futbol üzrə dünya çempionatının üçüncü gününə Kanadanın Vankuver şəhərində Avstraliya və Türkiyə milli komandaları arasında keçirilən oyunla yekun vurulub Türkiyə millisi demək olar ki, qrupunun əsas favoriti hesab edilsə də, açılış matçında avstraliyalılara uduzub - 0:2 27-ci dəqiqədə oyunda hesabı müdafiəçiləri üstələyən və dəqiq zərbə ilə vuran ingilis “Uotford”un hücumçusu Nestori İrankunda açıb Türkiyəli futbolçuların böyük ərazi üstünlüyü olsa da, dəqiq həlledici zərbə endirə bilmədilər. Və avstraliyalıların 75-ci dəqiqədəki əks-hücumları təsirli oldu. Almaniyanın "Sent Pauli" klubunun yarımmüdafiəçisi Konnor Metkalf uzaq məsafədən dəqiq zərbə ilə hesabı 2:0-a çatdırıb Türkiyə və Avstraliya, ABŞ və Paraqvayla birlikdə D qrupundadırlar. Dünən amerikalılar Paraqvayı məğlub edərək (4:1) top fərqinə görə Avstraliyanı qabaqlayaraq turnir cədvəlinə başçılıq ediblər 2-ci turda qarşılaşacaqlar: ABŞ - Avstraliya (19 iyun, 23:00), Türkiyə - Paraqvay (20 iyun, 07:00) Türkiyə yığması 24 ildən sonra dünya çempionatına qayıdıb. 2002-ci ildə Şenol Günəşin rəhbərlik etdiyi komanda bürünc medal qazanıb Türkiyədən fərqli olaraq, Avstraliya 2006-cı ildən bəri ardıcıl olaraq dünya çempionatının final mərhələsində iştirak edir. Ən yaxşı nəticə - 1/8 finala yüksəlmək


