Böyük suvarma layihələri icra edilir - Agentlik sədri
Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışları nəzərə alaraq Agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastruk

Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışları nəzərə alaraq Agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir Modern.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib O qeyd edib ki, son illərdə Türyançay Sol Sahil suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarında ümumilikdə 11 min hektardan artıq torpaq sahəsinin, Türyançay Sağ Sahil suvarma kanalının yenidən qurulması hesabına isə Ağdaş rayonunda 12 min 500 hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Zərdab rayonunda həyata keçirilmiş ÇTZ suvarma kanalının yenidən qurulması layihəsi mövcud torpaqların su təminatını yaxşılaşdırmaqla yanaşı, əlavə 3 min hektar yeni sahənin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına imkan yaradıb. Suqovuşan su anbarının və magistral kanalının bərpası nəticəsində Yevlax rayonu da daxil olmaqla ümumilikdə 96 min hektara yaxın əkin sahəsi etibarlı su mənbəyi ilə təmin edilib. Tərtərçay Sol Sahil kanalının yenidən qurulması isə Yevlax və ətraf rayonlarda 30 min hektara yaxın torpağın su təminatının gücləndirilməsinə şərait yaradıb “Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir və layihə tamamlandıqdan sonra Yevlax, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab daxil olmaqla 228 min hektardan artıq dayanıqlı su təminatı olan suvarma sahəsi formalaşacaq. Burada, mövcud 112 min hektardan çox əkinə yararlı torpağın su təminatı əsaslı şəkildə yaxşılaşacaq və əlavə 116 min hektardan artıq yeni sahə əkin dövriyyəsinə cəlb ediləcək. Perspektiv layihələr sırasında xüsusi əhəmiyyət daşıyan Qarabağ suvarma kanalı vasitəsilə Yevlax rayonu da daxil olmaqla, geniş bir bölgədə 115 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq və əlavə 51 min hektar yeni torpaq sahəsi suvarma imkanları əldə edəcək. Eyni zamanda Sərsəng su anbarının müasir standartlara uyğun bərpası nəticəsində Yevlax və ətraf rayonlarda 96 min hektardan artıq əkin sahəsinin uzunmüddətli və etibarlı su təminatının yaradılması nəzərdə tutulur ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”, - deyə ADSEA sədri əlavə edib


