Burhanettin Duran: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb "Report" xəbər verir ki, B. Duran bu barədə "X" sosial şəbəkə hesabında yazıb "Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gün

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb "Report" xəbər verir ki, B. Duran bu barədə "X" sosial şəbəkə hesabında yazıb "Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm", - o bildirib B. Duran əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin varlığı və millətinin rifahı naminə ortaya qoyduğu güclü iradənin rəmzidir: "Sevinci və kədəri bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da "Bir millət, iki dövlət" anlayışı ilə hər keçən gün daha da möhkəmlənir. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi isə şükran və minnətdarlıqla yad edirəm" Kardeş ve dost ülke Can Azerbaycan’ın Millî Kurtuluş Günü’nü en kalbî duygularımla kutluyorum.Millî Kurtuluş Günü, Azerbaycan halkının birlik ve beraberlik içinde geleceğine sahip çıktığı, devletinin bekası ve milletinin huzuru için ortaya koyduğu güçlü iradenin simgesidir.… pic.twitter.com/8fVLt4RFaQ— Burhanettin Duran (@burhanduran) June 15, 2026 Kardeş ve dost ülke Can Azerbaycan’ın Millî Kurtuluş Günü’nü en kalbî duygularımla kutluyorum.Millî Kurtuluş Günü, Azerbaycan halkının birlik ve beraberlik içinde geleceğine sahip çıktığı, devletinin bekası ve milletinin huzuru için ortaya koyduğu güçlü iradenin simgesidir.… pic.twitter.com/8fVLt4RFaQ Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


