Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi istisna olunmur
Ukrayna və Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi artıq gələn həftənin sonunda mümkündür "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib Budanov qeyd edib ki, aprelin 11-də 182 ukraynalının qaytarılmasından sonra ar

Ukrayna və Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi artıq gələn həftənin sonunda mümkündür "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib Budanov qeyd edib ki, aprelin 11-də 182 ukraynalının qaytarılmasından sonra artıq növbəti mübadilə hazırlanır "Ümid edirəm ki, təxminən həftənin sonuna kimi daha bir mərhələ olacaq. Orada sırf bürokratik prosedurlar var idi", - o qeyd edib Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynaya 175 hərbçi və 7 mülki şəxs qayıdıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


