"Bu sərnişindaşımanın təşkili böyük əhəmiyyət kəsb edir" - Ekspert fikri
“Dəmir yolları regionlarda əlaqəli, mobilliyi təmin etməyə və daha əlverişli iqtisadi şərait yaratmağa imkan verir” Nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a söyləyib. Ekspert bildirib ki, Azərbaycanın rayonlarını birləşdirən dəmir yolları qitələri də birləşdirir. Bu, təkcə

“Dəmir yolları regionlarda əlaqəli, mobilliyi təmin etməyə və daha əlverişli iqtisadi şərait yaratmağa imkan verir” Nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a söyləyib. Ekspert bildirib ki, Azərbaycanın rayonlarını birləşdirən dəmir yolları qitələri də birləşdirir. Bu, təkcə Azərbaycan və regionumuz üçün deyil, bütün dünya üçün strateji əhəmiyyət daşıyır. Bunun əsasında Azərbaycan dəmir yollarının müasirləşdirilməsinə sərmayə qoyur: “Hesab edirəm ki, yeni yolların çəkilişi, daha qısa marşrutların təşkili nəzərdən keçirilməlidir: “İmişlidən Ağcabədiyə gedən yolu Ağdam istiqamətində filialla birləşdirmək lazımdır. Bu, qısa yolu təmin edəcək və Qarabağ bölgəsinin beynəlxalq marşrutlara inteqrasiyasına, müxtəlif risklərlə yük axınlarını yenidən yönləndirməyə imkan verəcək. Bu da sərnişindaşımanın təşkili böyük əhəmiyyət kəsb edir ”


