Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb
İpəkçilik Azərbaycanda 1500 illik tarixə və zəngin ənənələrə malik bir sahədir. İpəkqurdu bəsləyərək barama əldə etmək və onu ipək halında xammala çevirmək bütün tarixi dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin
İpəkçilik Azərbaycanda 1500 illik tarixə və zəngin ənənələrə malik bir sahədir. İpəkqurdu bəsləyərək barama əldə etmək və onu ipək halında xammala çevirmək bütün tarixi dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsində baramaçılığın ənənəvi təsərrüfat sahələrindən olmasından və əhalinin məşğulluğunun artırılması üçün strateji istiqamətlərdən biri kimi qiymətləndirib. Dövlət başçısı bu sahənin inkişafını həm də bölgələrdə qeyri-neft sektorunun, xüsusilə də ipəkçiliyin canlandırılması baxımından xüsusi əhəmiyyətli hesab etdiyini diqqətə çatdırıb. Prezident kənd yerlərində yaşayan vətəndaşların, xüsusilə qadınların ev şəraitində əlavə gəlir əldə etməsi üçün baramaçılığın mühüm sosial rol oynadığını, əhalinin məşğulluğun təmin olunmasında mühüm əhəmiyyətini vurğulayıb Qədim baramaçılıq ənənələrinin yaşadıldığı Oğuz rayonunda da bu sahə insanların əsas məşğulluğu və gəlir mənbələrindən biri hesab olunur Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən bu sahəyə ildən-ilə maraq və diqqətin artdığını müşahidə etmək olar. Belə ki, bu il 28 kümçü 1700 qramdan artıq ipəkqurdu toxumu ilə təmin olunub Bu strateji və ixrac potensialı böyük olan məhsulun bu günlər ən həssas dövrü hesab edilir. Belə ki, hazırda ipəkqurdları barama sarıma ərəfəsindədirlər və onların daha sağlam bəslənməsi, yemlənməsi əsas şərtlərdən sayılır. Bu mənada Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov ipəkqurdu toxumu paylanılmış kəndlərdə barama təsərrüfatlarına baxış keçirib. Məlumat verilib ki, bu il havaların qeyri-sabit keçməsi, tez-tez yağışların yağmasına baxmayaraq kümçülər üzərlərinə düşən bu çətin və məsul işin öhdəsindən bacarıqla gəlməyə çalışırlar. Qeyd olunub ki, rayonda ipəkqurdlarının bəslənməsi üçün yetərincə yem bazası mövcuddur və hər il bu istiqamətdə yeni tingliklər salınır Əhalinin məşğulluğunun təminatı baxımından mühüm əhəmiyyət kəsb edən baramaçılığın Oğuzda inkişaf etdirilməsinin vacibliyindən bəhs edən rayon icra hakimiyyətinin başçısı işlərin gedişatı ilə əlaqədar tapşırıq və tövsiyələrini verib Xatırladaq ki, kümçülər bir ay müddətində bəsləyib yetişdirdikləri yaş baramanın bir kiloqramını 11 manata satırlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


