"Bu ölkə Azərbaycan neftinin bir nömrəli alıcısı mövqeyində çıxış etməkdədir" - İqtisadçı
“İqtisadi sahədə İtaliya ölkəmiz üçün birinci ticarət tərəfdaşıdır, bu sahədə dövriyyəmiz ildən-ilə genişlənməkdədir. Bu gün ümumi ticarət dövriyyəmizin 27.69 faizi İtaliyanın payına düşməklə ABŞ dolları təşkil edir. İxracımızda 46.07 faiz payla İtaliya ABŞ dollarına sahibdir ki, bu da birinci yerdə

“İqtisadi sahədə İtaliya ölkəmiz üçün birinci ticarət tərəfdaşıdır, bu sahədə dövriyyəmiz ildən-ilə genişlənməkdədir. Bu gün ümumi ticarət dövriyyəmizin 27.69 faizi İtaliyanın payına düşməklə ABŞ dolları təşkil edir. İxracımızda 46.07 faiz payla İtaliya ABŞ dollarına sahibdir ki, bu da birinci yerdə olmaq deməkdir. İdxalımızda isə bu ölkə ABŞ dollarına sahib olmaqla 2.89 faiz payla yeddinci yerdə qərar tutmaqdadır” Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert bildirib ki, ölkələr arasındakı ticarət balansında Azərbaycanın xeyrinə kəskin müsbət saldo hökm sürür: “Bu da ondan irəli gəlir ki, Azərbaycan İtaliyanın xam neft idxalında ən mühüm tərəfdaşdır və keçən ilin yekunlarına görə, İtaliyanın ümumi neft tədarükünün təxminən 16.4 faizini biz təmin etmişik. Ümumiyyətlə, ölkəmizin ümumi xam neft ixracatında İtaliyanın payı 56.08 faiz olmaqla bu ölkə Azərbaycan neftinin bir nömrəli alıcısı mövqeyində çıxış etməkdədir”


