Tələbələrə şad xəbər - Bu ixtisası bitirənlər
Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq? Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az

Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq? Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a təhsil eksperti Elçin Əfəndi danışıb. O deyib ki, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir: “Bu ixtisas Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetində tədris olunurdu. Yeni ixtisasın yaradılması əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq. “Daşınmaz əmlakın idarə olunması” isə ayrıca ixtisas kimi fəaliyyət göstərəcək” Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir: “Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər” Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ! Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNDİ Rektor: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir DİM qabiliyyət imtahanlarının yerini dəyişdi Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi - FOTO Otuz üç ildən sonra Horovluda “Son zəng” çalındı - FOTO Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir Hidayət Orucovun cənazəsi Bakıya gətirildi Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək

