Tenqri
Ana Səhifə
Elm

Misirin İslam Mədəniyyəti Universitetinin beynəlxalq elmi mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

Misirin Nur-Mübarək İslam Mədəniyyəti Universitetinin Qazaxıstanın Almatı şəhərində yerləşən Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şamşəddin Kərim iyunun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiri

0 baxışazertag.az
Misirin İslam Mədəniyyəti Universitetinin beynəlxalq elmi mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub
Paylaş:

Misirin Nur-Mübarək İslam Mədəniyyəti Universitetinin Qazaxıstanın Almatı şəhərində yerləşən Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şamşəddin Kərim iyunun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, misirli alim AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüş zamanı Şamşəddin Kərim rəhbərlik etdiyi Mərkəz barədə ətraflı məlumat verib. Akademik G.Baxşəliyeva isə Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar, xüsusən də ərəbşünaslıq və türkologiya sahəsində görülən işlərlə qonağı tanış edib. Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunun fəaliyyətindən məmnun qaldığını bildirib İnstitutun elmi şöbələrində əməkdaşlarla görüşərək aparılan tədqiqat işləri və yaradılan şəraitlə tanış olan alim elm sahəsində tədqiqatların aparılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, institut ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler