Tenqri
Ana Səhifə
Dünya

“Bu, intensiv yağıntılar zamanı ciddi problemlər yaradır" - Rəy

"Bakıda yol şəbəkəsi geniş olsa da, yağış sularını effektiv şəkildə idarə edən sistem məhduddur. Mövcud kanalizasiya şəbəkəsi əsasən ötən əsrin 60-cı illərində qurulub və bu müddət ərzində lazımi səviyyədə genişləndirilməyib. Bir çox ərazilərdə yağış suları məişət kanalizasiya sisteminə qoşulur ki

0 baxış525.az
“Bu, intensiv yağıntılar zamanı ciddi problemlər yaradır" - Rəy
Paylaş:

"Bakıda yol şəbəkəsi geniş olsa da, yağış sularını effektiv şəkildə idarə edən sistem məhduddur. Mövcud kanalizasiya şəbəkəsi əsasən ötən əsrin 60-cı illərində qurulub və bu müddət ərzində lazımi səviyyədə genişləndirilməyib. Bir çox ərazilərdə yağış suları məişət kanalizasiya sisteminə qoşulur ki, bu da intensiv yağıntılar zamanı ciddi problemlər yaradır. Əgər sistem adi yağışları belə çətinliklə idarə edirdisə, normadan artıq yağıntılar zamanı daha ağır fəsadlara yol aça bilir” Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib Ekspert vurğulayıb ki, problemin həlli istiqamətində dövlət proqramı çərçivəsində müəyyən addımlar atılır: “Məlum olduğu kimi, ötən ildən etibarən yeni kollektorların tikintisinə başlanılıb. Planlara əsasən, bəzi ilkin layihələrin gələn ilin sonuna, digərlərinin isə 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur. Ümumi proqram isə 2035-ci ilədək planlaşdırılıb, ilkin nəticələri isə cu illərdə görə biləcəyik"

Kaynak: 525.az

Diğer Haberler