Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139 min 300 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 52 min şəxs münasib işlərlə təmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139 min 300 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib Dörd ayda 5 min 600 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub, 81 min 500 şəxsə isə peşəyönümü xidmətlər göstərilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


