Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində bu ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Onlardan 34-ü qız, 36-sı oğlandır Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq agentliyin İctimaiyyətl

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində bu ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Onlardan 34-ü qız, 36-sı oğlandır Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizədlər müraciət qaydaları ilə nazirliyin “e-sosial.az” internet portalında tanış ola bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


