Bu il 15 tələbə Azercell-dən təqaüd qazanıb
“Azercell Telekom” MMC-nin fevral ayında elan etdiyi “Tələbə Təqaüdü Proqramı”nın qalibləri müəyyənləşib. Proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəst

“Azercell Telekom” MMC-nin fevral ayında elan etdiyi “Tələbə Təqaüdü Proqramı”nın qalibləri müəyyənləşib. Proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsinə yönəlib Bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercell-in təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub Qeyd edək ki, “Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nı 2007-ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Aprelin pensiyası bu tarixdə veriləcək Yerdən tapılan pul: Bu hal qanunla məsuliyyət yaradır Sabah 18 kənd işıqsız qalacaq İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni qərar Övladının dəfnində "TikTok"da canlı yayım açan ailə barədə daha bir qərar Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Həcc ziyarəti ilə bağlı vacib açıqlama Paşinyanın daha bir videosu olay oldu Keremcem də bu seriala çəkilir - Foto İsrail Tehrandakı SEPAH qərargahını vurdu Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması İranın 10 bəndlik sülh təklifində nələr var?


