Tenqri
Ana Səhifə
Dünya

Bəşəriyyət üçün dahilik nümunəsi

Çoxları ömrünü yalnız özü üçün yaşayır. Amma elə seçilmiş insanlar var ki, xalqına olan sevgisi fonunda özlərini unudurlar, çünki onlar özü üçün yox, xalq üçün yaşayır, xalqı düşünürlər. Belə liderlər sağlıqlarında müqəddəsləşir, ölməzlik qazanırlar. 103 illiyini sevgi ilə qeyd etdiyimiz xalqımızın

0 baxışazertag.az
Bəşəriyyət üçün dahilik nümunəsi
Paylaş:

Çoxları ömrünü yalnız özü üçün yaşayır. Amma elə seçilmiş insanlar var ki, xalqına olan sevgisi fonunda özlərini unudurlar, çünki onlar özü üçün yox, xalq üçün yaşayır, xalqı düşünürlər. Belə liderlər sağlıqlarında müqəddəsləşir, ölməzlik qazanırlar. 103 illiyini sevgi ilə qeyd etdiyimiz xalqımızın lideri, böyük öndər Heydər Əliyev də məhz belə nümunə oldu, şərəfli bir ömür yaşayaraq bir xalqın, dövlətin xilaskarına çevrilərək ölməzlik, əbədiyyət qazandı Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə o zaman gəldi ki, müstəqil Azərbaycan çökmüşdü, azad yaşamaq haqqımız əlimizdən alınmışdı, ölkəni vətəndaş müharibəsi bürümüş, etnik separatizm alovu içində respublika çabalayırdı. Ordusuz bir dövlətin ərazisi işğal olunur, Vətəni qorumağa borclu olan hərbi birləşmələr antimilli qüvvələrin məkrli niyyətinə xidmət edirdi. İqtisadiyyatı olmayan ölkə humanitar fəlakətin bir addımlığında idi, səriştəsiz daxili və xarici siyasətin nəticəsi kimi Azərbaycan təklənmişdi, ölkəmizə düşmən mövqeyi sərgilənirdi. Beləliklə, mövcud vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gətirildi ETN-nin Riyaziyyat PHŞ-nin bərk cisim mexanikası labaratoriyası müdürü, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov bildirib Cəmiyyətdə parçalanma meyilləri aradan qaldırıldı, müxtəlif bölgələrdə hökm sürən gərginlik yox oldu və milli həmrəylik ideyası ön plana çəkildi. Dövlət idarəçiliyində nizam-intizamın yaradılması, vətəndaşların dövlətə inamının bərpası və ümumi sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Bu dövr Azərbaycan tarixində sabitlik və dövlət quruculuğunun möhkəmləndiyi mərhələ kimi yadda qaldı. Eyni zamanda ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, nizami və peşəkar ordunun formalaşdırılması, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bu, Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Daxili və xarici siyasətdə də əsaslı dəyişikliklər həyata keçirildi. Dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, diplomatik əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ardıcıl və düşünülmüş siyasət aparıldı. Daxildə isə iqtisadi və sosial sahələrdə sabitliyin yaradılması, dövlət institutlarının gücləndirilməsi prioritet istiqamətlərdən oldu Bununla yanaşı vətəndaş cəmiyyətinin formalaşması, milli özünüdərk prosesinin gücləndirilməsi və Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ulu Öndər tərəfindən diqqət mərkəzində saxlanıldı. Cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, dövlətə inamın artırılması və ictimai şüurun formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu proses siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, insanların düşüncə tərzinə, milli kimlik hissinə və ümumi vətəndaş mövqeyinə də təsir göstərdi. Milli birliyin möhkəmləndirilməsi və xalqın ortaq dəyərlər ətrafında birləşməsi bu siyasətin əsas nəticələrindən biri oldu. Müxtəlif fikir və baxışlara baxmayaraq, vahid Azərbaycan ideyası cəmiyyətin əsas birləşdirici amilinə çevrildi. Dövlətçilik düşüncəsi daha da gücləndi, xalq arasında həmrəylik və birlik ruhu formalaşdı. Heydər Əliyev ölkəni vətəndaş müharibəsinin ağır və dağıdıcı təsirlərindən çıxararaq sabitliyin bərpasına nail oldu. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qarşıdurmalar aradan qaldırıldı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu və milli birlik möhkəmləndirildi. Bu proses Azərbaycan dövlətçiliyinin bərpası və gələcək inkişafı üçün möhkəm əsas yaratdı “Ölkə daxilində və xaricində Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələrin və düşmən dairələrin gözləntilərini puça çıxaran Ümummilli Lider Heydər Əliyev “Əsrin müqaviləsi” kimi tarixi əhəmiyyətli sazişin imzalanmasına nail oldu. Bu mühüm addım Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. Ölkəyə böyük həcmdə xarici sərmayələrin cəlb olunması üçün geniş imkanlar yarandı, enerji sektorunun inkişafı sürətləndi və dövlətin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda bu müqavilə Azərbaycanın siyasi müstəqilliyinin daha da möhkəmlənməsinə və gələcək strateji inkişafının təmin olunmasına mühüm töhfə verdi Ordu quruculuğu və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan siyasət ölkənin müdafiə qabiliyyətini yüksəltdi. Bu əsaslar sonrakı illərdə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi üçün mühüm zəmin formalaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və orduya göstərdiyi diqqət nəticəsində Azərbaycan güclü hərbi potensial formalaşdırdı və işğal altında olan torpaqların azad olunması üçün tarixi şərait yarandı. Millətimizin ən böyük dərdi olan Qarabağ azad olundu. Bu qələbənin fundamental əsasları isə məhz Heydər Əliyev tərəfindən qoyulmuşdu Məhz bu fövqəladə xidmətlərinə görə hər birimiz Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevə borcluyuq. Bəşəriyyət üçün dahilik nümunəsi olan Ulu öndər bizimlədir, xalqın yaddaşında yaşayır və Azərbaycan var olduqca onun əziz xatirəsi daim yaşayacaq”, - deyə Emin Bağırov qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler