Tenqri
Ana Səhifə
Dünya

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Böyük Britaniyada rezident həkimlər hökumətin təqdim etdiyi yeni təklifdən sonra planlaşdırılan dörd günlük tətili təxirə salıblar AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tətilin bazar ertəsi günü səhər saat 07:00-da başlaması nəzərdə tutulurdu. Bu, 2023-cü ildən bəri həkimlərin keçirm

0 baxışazertag.az
Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar
Paylaş:

Böyük Britaniyada rezident həkimlər hökumətin təqdim etdiyi yeni təklifdən sonra planlaşdırılan dörd günlük tətili təxirə salıblar AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tətilin bazar ertəsi günü səhər saat 07:00-da başlaması nəzərdə tutulurdu. Bu, 2023-cü ildən bəri həkimlərin keçirməyi planlaşdırdığı 16-cı tətil aksiyası olacaqdı Britaniya Tibb Assosiasiyası bildirib ki, hökumətdən son anda yeni təklif daxil olub. Təklif təşkilat üzvlərinin müzakirəsinə təqdim ediləcək. Qərar Milli Səhiyyə Xidmətində (NHS) gözlənilən növbəti xidmət pozuntularının qarşısını müvəqqəti olaraq alıb. Bildirilib ki, hökumətin yeni təklifi üzvlər tərəfindən qiymətləndiriləcək və növbəti addımlar bundan sonra müəyyənləşdiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler