Britaniya Rusiyanın tankerini ələ keçirdi
Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının kölgə donanmasına məxsus neft tankerini ələ keçirib Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb "Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməy

Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının kölgə donanmasına məxsus neft tankerini ələ keçirib Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb "Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən kölgə donanmasının neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - o bildirib Starmer, həmçinin ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib O, digər təfərrüatları açıqlamayıb


