Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb - VİDEO
Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keç

Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib Araşdırmalar davam etdirilir
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
