Tenqri
Ana Səhifə
Dünya

Biz Paşinyanı niyə “sevdik”?

Ermənistanda keçirilən seçkilərlə bağlı Azərbaycan sosial seqmentində maraqlı bir tendensiya müşahidə olunur. Bir çoxları Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasını daha məqsədəuyğun hesab edir. İlk baxışdan bu paradoksal görünür. Çünki hələ bir neçə il əvvəl Azərbaycan cəmiyyətində ən çox nifr

0 baxışmodern.az
Biz Paşinyanı niyə “sevdik”?
Paylaş:

Ermənistanda keçirilən seçkilərlə bağlı Azərbaycan sosial seqmentində maraqlı bir tendensiya müşahidə olunur. Bir çoxları Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasını daha məqsədəuyğun hesab edir. İlk baxışdan bu paradoksal görünür. Çünki hələ bir neçə il əvvəl Azərbaycan cəmiyyətində ən çox nifrət edilən siyasi fiqurlardan biri məhz Paşinyan idi. Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən, populist revanşist ritorika ilə çıxış edən həmin Paşinyan… Bəs nə dəyişdi? Əslində dəyişən Paşinyan deyil. Dəyişən regionun geosiyasi reallığı və Azərbaycanın güc balansıdır. 2020-ci ilin Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi arxitekturasını yenidən formalaşdırdı. Azərbaycan təkcə hərbi qələbə qazanmadı. Bakı regionda yeni status-kvo yaratdı. 1990-cı illərin zəif, iqtisadi və siyasi problemləri ilə üz-üzə qalan Azərbaycanı artıq yox idi. İndi müasir ordusu olan Azərbaycan var. Enerji diplomatiyası ilə Avropanın təhlükəsizlik sistemində mühüm rol oynayan Azərbaycan var. Transxəzər və Orta Dəhliz layihələrinin əsas aktoruna çevrilən Azərbaycan var. Güclü siyasi liderlik və çevik diplomatik institutlara malik dövlət var. 44 günlük müharibə Ermənistandan daha çox, erməni siyasi düşüncəsini məğlub etdi. Məhz bundan sonra Paşinyan reallığı qəbul etməyə başladı Odur ki, bilməliyik, Azərbaycan cəmiyyətində Paşinyana münasibətdə yaranan nisbi loyallıq emosional faktor deyil. Bu, geosiyasi praqmatizmdir. Paşinyan başa düşdü ki, regionda uzunmüddətli sabitlik Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçir. Buna görə də Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdi, sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuladı. Erməni kilsəsinin intriqalar yuvası olduğunu, siyasi proseslərə destruktiv təsirini açıq şəkildə bəyan etdi. Revanşizm xəttindən uzaqlaşmağa çalışdı Və bilməliyik, əslində Paşinyan dəyişməyib. Onu dəyişdirən Azərbaycanın gücüdür. 44 günlük müharibədə “Miatsum”, “Böyük Ermənistan”, “məğlubedilməz erməni ordusu” mifologiyası çökdü. Bunu erməni diasporu da gördü. İstəsə də, istəməsə də gerçəkliyi qəbul etdi. Səbəbi çox sadədir, XXI əsrin geosiyasətində miflər yox, iqtisadiyyat, logistika, enerji və hərbi güc qalib gəlir. Azərbaycan məhz bu dörd komponent üzrə regionun dominant gücünə çevrilib Azərbaycan cəmiyyətində Robert Köçəryan, Samvel Karapetyan və onların təmsil etdiyi xəttə müharibə yuvası kimi baxılır. Köçəryan revanşizmin simvoludur. Rusiyanın Cənubi Qafqazdakı köhnə təsir mexanizmlərinin daşıyıcısıdır. Ermənistanı inkişafdan çox, qarşıdurmaya aparan siyasi məktəbin nümayəndəsidir. Paşinyanla Köçəryan arasında seçim etmək məcburiyyəti yarandıqda, Azərbaycan cəmiyyətinin müəyyən hissəsi təbii olaraq sülh ritorikasına üstünlük verir. Bu, Paşinyana sevgidən uzaq yanaşmadır. Sülhə üstünlük verməkdir Paradoks ondadır ki, Paşinyanın əsas rəqibi Bakı yox, Ermənistan daxilindəki revanşist qüvvələrdir. Erməni kilsəsi, xarici diaspor mərkəzləri, keçmiş hakimiyyət elitası və müəyyən geosiyasi dairələr Ermənistanı yenidən keçmişə qaytarmaq istəyirlər. Paşinyan isə istər-istəməz yeni reallıqlarla hesablaşmağa məcburdur. Çünki XXI əsrin Cənubi Qafqazında iqtisadi inteqrasiya, Zəngəzur dəhlizi, regional kommunikasiyalar və əməkdaşlıq müharibədən daha cəlbedici perspektivlər vəd edir. Bu gün regionda sülh gündəliyini diktə edən də Azərbaycandır. Bizim milli maraqlar Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı deyil. Səbəbi odur ki, regionda yeni güc mərkəzi formalaşıb. Bu gücün adı Azərbaycandır. Və məhz buna görə Azərbaycan cəmiyyətində Paşinyana müəyyən simpatiya yaranıb. Bu simpatiya bir siyasətçiyə yönəlməyib, sülh ehtimalına olan ümiddən qaynaqlanır. Azərbaycan da, Azərbaycan cəmiyyəti də sülhü seçir. Qaliblər həmişə sülh haqqında düşünürlər Heç şübhəsiz ki, bu gün dünyanın qəbul etdiyi Azərbaycanın lideri İlham Əliyevin Paşinyanlı və Paşinyansız Ermənistanla hər müstəvidə danışacaq alternativləri var. Bu alternativlər Azərbaycan xalqının gücündən, öz liderinə birmənalı etimadından qaynaqlanır. Bunun fərqində olan Paşinyan rəqibləri qalib Azərbaycanla bağlı ehtiyatlı davranırlar Ermənistan Azərbaycanın qonşusudur. Biz bugünki seçkilərdə qonşu Ermənistana sülh arzulayırıq. Hər bir halda sülhsüz Ermənistan özünü yandıracaq

Kaynak: modern.az

Diğer Haberler