Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub
İyunun 7–də Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ikinci dəfə təşkil olunan Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev

İyunun 7–də Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ikinci dəfə təşkil olunan Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər Mərasimdə çıxış edən Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçiek Miçel Olbriç bu idman növünə göstərdiyi davamlı dəstəyə, mədəniyyətlərarası və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə, eləcə də çövkənin vətəni olan Azərbaycanın bu nüfuzlu çempionata ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyev təşəkkürünü bildirib. Qeyd olunub ki, ikinci dəfə təşkil olunan çempionat çövkənin dünyada getdikcə artan ruhunu və insanları qitələr, mədəniyyətlər və dillər boyunca birləşdirən möhkəm dostluq əlaqələrini əks etdirir "Çövkən sadəcə bir oyun deyil. O, yaşayan bir ənənədir. Bu ənənə xalqlar arasında əməkdaşlığa, qarşılıqlı anlaşmaya və mədəni mübadiləyə xidmət edib. Qarşıdakı günlərdə biz yüksəksəviyyəli atçılıq məharətinin, komanda işinin, qətiyyətin və idman ruhunun şahidi olacağıq. Əminəm ki, bu çempionat iştirakçılar və tamaşaçılar üçün unudulmaz anlarla yadda qalacaq", - deyə baş katib fikirlərinə yekun vurub Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti general-leytenant Cavid Abdullayev çövkənin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, həmin mühüm qərarın çövkənin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mədəni irs nümunəsi olduğunu təsdiq etdiyini, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq səviyyədə mühüm imkanlar yaratdığını bildirib "İlk növbədə, milli-mədəni irsimizin qorunmasında, atçılıq idmanının və çövkən inkişafına göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm Azərbaycan çövkənin tarixi vətənidir. Çövkən əsrlər boyu xalqımızın həyat tərzinin, mədəniyyətinin və atçılıq ənənələrinin ayrılmaz hissəsi olub. Böyük qürurla qeyd etmək istərdim ki, çövkən artıq yalnız milli irs nümunəsi deyil, müxtəlif qitələri və xalqları birləşdirən beynəlxalq idman növünə çevrilməkdədir. Beynəlxalq Çövkən Federasiyasının son illərdə gördüyü işlər bu inkişafın ən parlaq göstəricilərindəndir. Müxtəlif qitələrdə təşkil olunan çempionatlar, beynəlxalq layihələr nəticəsində çövkənə maraq əhəmiyyətli dərəcədə artıb və həmin idman növünə yeni ölkələr də qoşulmaqdadır Bu gün burada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Çili, Uruqvay, Küveyt, Niger və Nigeriya komandalarının iştirakı ilə keçirilən dünya çempionatı çövkənin beynəlxalq inkişaf tarixində mühüm mərhələdir. Fərqli ölkələrdən, müxtəlif mədəniyyət və ənənələrdən olan idmançıların eyni meydanda mübarizə aparması çövkənin beynəlxalq dostluq və unikal idman növü olduğunu bir daha təsdiqləyir Azərbaycan Atçılıq Federasiyası olaraq bu mötəbər yarışın keçirilməsini yüksək qiymətləndirir, bütün komandalara uğurlar arzulayırıq. İnanırıq ki, çempionat günləri ərzində biz gərgin mübarizənin və əsl idman ruhunun şahidi olacağıq. Əminik ki, dünya çempionatı xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət edəcək, çövkənin beynəlxalq inkişafına yeni töhfələr verəcək", - deyə C.Abdullayev qeyd edib Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra bədii hissə və çempionatın iştirakçılarının paradı baş tutub Qeyd edək ki, 10 komandanın iştirak etdiyi yarış iyunun 13-dək davam edəcək Turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


