Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır
Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib AZƏRTAC xəbər verir ki, bu barədə Le Vif nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilmə

Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib AZƏRTAC xəbər verir ki, bu barədə Le Vif nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib Gecikmənin əsas səbəbi kimi Belçikanın 2018-ci ildə sifariş etdiyi və köhnə F-16 donanmasını əvəz etməli olan “F-35 Lightning II” qırıcılarının çatdırılmasındakı ləngimələr göstərilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


